ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > Layihə haqqında

“Mədəniyyət gündəliyi”

ensiklopedik xronoqraf

 

"Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafın (elektron) hazırlanması" layihəsi Effektiv Təşəbbüslər Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

Layihə təşkilatımızın QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə 2008-ci ildən həyata keçirdiyi "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti – beşinci mərhələsidir. 

* * *

 

Layihədə qoyulan problemin təsviri

 

Azərbaycan xalqının zəngin mədəniyyəti var. Bu zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Müasir dünyadakı qloballaşma prosesində qabaqcıl yer tutmaq istəyən ölkə özünün iqtisadi, siyasi gücü ilə yanaşı, həm də tarixi irsi, mədəniyyəti, incəsənəti ilə tanınmalıdır.

Prezident İlham Əliyev 2011-ci il aprelin 26-da Milli Elmlər Akademiyasında çıxış edərkən bununla bağlı demişdir: “Bizi tarixən millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, mədəniyyətimiz, ədəbiyyatımız olub. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti o qədər zəngindir ki, başqa tərəflərdən bizim milli sərvətimizi özünküləşdirmək üçün cəhdlər göstərirlər. Biz öz mədəni irsimizi qorumalıyıq. Bunun üçün təbliğat işləri daha da güclü olmalıdır”.

Bu istiqamətdə dövlət tərəfindən mühüm işlər görülür, eyni zamanda, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür. Təqdirəlayiq haldır ki, 2008-ci ildən fəaliyyət göstərən QHT-lərə Dövlət Dəstəyi Şurası bu məsələyə xüsusi diqqət ayırır, mədəni irsimizin təbliği ilə bağlı layihələrə, mədəniyyət sahəsində təşəbbüslərə maliyyə yardımı göstərir.

Bununla yanaşı, bu sahədə görüləsi işlər çoxdur. Özəlliklə müasir informasiya-kommunikasiya dövründə bu işləri internet məkanında, elektron resurslar vasitəsilə daha effektli şəkildə görmək mümkündür. Təsadüfi deyil ki, ölkə prezidenti öz çıxışlarında bu fikri daima nəzərə çatdırır: “Biz öz təbliğat işimizi daha da səmərəli qurmalıyıq. Bu işləri informasiya-kommunikasiya texnologiyaları, internet vasitəsilə daha fəal şəkildə görmək lazımdır. Biz gərək bu fəaliyyəti birgə aparaq”.

Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, dünyada inteqrasiya, o cümlədən mədəni inteqrasiya birtərəfli deyil, qarşılıqlı prosesdir. Biz öz mədəniyyətimizi, incəsənət, ədəbiyyat xadimlərimizi tanıtmaqla yanaşı, dünya mədəniyyətinin dəyərli nümumələrini, görkəmli sənətkarları, ədibləri də yaxından tanımalıyıq. Bu, son illər Azərbaycanın aparıcı rol oynadığı mədəniyyətlərarası dialoq prosesinə, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, mədəni mübadiləyə əlavə zəmin yaratmış olar.

Təqdim olunan layihə də bu fəaliyyətə töhfə vermək məqsədi daşıyır.

Ensiklopedik xronoqraf iki bölümdən - Azərbaycan və dünya – ibarət olmaqla, əlamətdar mədəniyyət hadisələri, ədəbiyyat, incəsənət xadimləri ilə bağlı tarixi-avtobioqrafik məlumatları yığcam şəkildə əks etdirəcək. “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafında mətnlər təqvimin günləri üzrə (1 yanvar-31 dekabr) veriləcək və  müvafiq foto-illüstrativ materiallarla müşayiət olunacaq.

Layihə təşkilatımızın 2008-ci ildən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti mərhələsi olaraq nəzərdə tutulur.

Azərbaycanın tarix və mədəniyyəti ilə bağlı informasiya resurslarının hazırlanmasını ehtiva edən çoxmərhələli layihə çərçivəsində 2008-ci ildə www.azerbaycanli.org veb-saytı (Azərbaycan versiyası) yaradılıb, “Azərbaycan tarixi günbəgün” kitabı hazırlanıb və nəşr edilib, 2009-cu ildə www.azerbaycanli.org saytında yeni informasiya resursları (o cümlədən rus və ingilis dillərində) yaradılıb. 2010-cu ildə “Qarabağ tarixinin salnaməsi” elektron xronoqrafı, 2011-ci ildə “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafı  hazırlanıb.

Yeni layihə təşkilatımızın indiyədək gördüyü işlərə və bu sahədə qazandığı təcrübəyə müvafiq olaraq tərtib edilib.

 

Layihənin məqsəd və vəzifələri   

 

Layihənin məqsədi: Azərbaycan və dünya mədəniyyəti, incəsənət və ədəbiyyat xadimləri, bu sahədə baş vermiş əlamətdar hadisələr barədə tarixi və avtobioqrafik məlumatları əks etdirən, müvafiq foto-illüstrativ materaillarla müşayiət olunan “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafın (elektron təqvim-toplu) hazırlanması.

Bununla Azərbaycan mədəniyyətinin tədqiq və təbliğinə, eləcə də dünya mədəniyyəti simalarının, incəsənət nümunələrinin Azərbaycan dilində tanıdılması işinə, mədəniyyətlərarası dialoqa praktik töhfə vermək.

Məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

 

  • Layihə ilə bağlı zəruri olan biblioqrafiyanın, yazılı (çap) və elektron mənbələrin müəyyən edilməsi;

  • “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafın Azərbaycan bölməsi üzrə materailların çap və elektron mənbələrdən toplanması (təqvimin ayları və günləri üzrə), işlənməsi, ensiklopedik mətnlərin hazırlanması, redaktə olunması;

  • “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafın dünya bölməsi üzrə materailların çap və elektron mənbələrdən toplanması (təqvimin ayları və günləri üzrə), işlənməsi, ensiklopedik mətnlərin hazırlanması, redaktə olunması;

  • “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafın elektron versiyasının hazırlanması (www.azerbaycanli.org saytında ayrıca link və banneri olan veb-səhifə);

  • “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafın veb ünvanının (link və bannerinin) internet məkanda yayılması, müxtəlif sayt, portal və elektron resurslarda yerləşdirilməsi. Layihə ilə bağlı kütləvi informasiya vasitələrində xəbər və materialların dərc olunması.

 

Layihədən faydalananlar

 

Layihədən həm ölkəmizdə, həm də xaricdə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi-mədəni irsi, şair və yazıçıları, mütəfəkkirləri barədə məlumatlar almaq istəyən, mədəniyyətimizin dünyada təbliğinə töhfə vermək istəyən, eləcə də dünya mədəniyyəti barədə Azərbaycan dilində yığcam, ensiklopedik məlumatlar almaq istəyən hər kəs faydalana bilər:

  • mədəniyyət və incəsənət müəssisələri, kitabxanalar;

  • kütləvi informasiya vasitələri, jurnalistlər, yazarlar;

  • təhsil müəssisələri - müəllimlər, tələbələr, şagirdlər;

  • qeyri-hökumət təşkilatları, yaradıcılıq birlikləri, ictimai qurumlar;

  • ilgili dövlət qurumları, millət vəkilləri;

  • xaricdəki soydaşlarımız, diaspora təşkilatları;

  • Azərbaycan və dünya mədəniyyəti ilə bağlı yeni elektron resurslar, nəşrlər hazırlayan qurum və şəxslər.

 

Layihə çərçivəsində görüləcək işlər

 

  • Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafın üçün materail bazası üzrə mənbələrin müəyyənləşməsi. Bu iş həm çap nəşrlərini (kitab, məcmuə, qəzet, jurnal, toplu və s.), həm də elektron resursları (saytlar, elektron nəşrlər və s.) əhatə edəcək.

  • “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafın Azərbaycan bölməsi üzrə materailların (yanvar-dekabr ayları üzrə şəxsiyyətlər və hadisələr haqqında məlumatlar) toplanması (çap və elektron mənbələrdə).

  • “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafın veb-səhifəsinin proqram təminatı (www.azerbaycanli.org saytında ayrıca link və banner yaradılması, hostinq həcminin ayrılması və s.).

  • “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafın Azərbaycan bölməsinə dair toplanmış materailların təqvimin günləri üzrə (1 yanvar-31 dekabr) işlənməsi.

  • “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafın dünya bölməsi üzrə materailların (yanvar-dekabr ayları üzrə şəxsiyyətlər və hadisələr haqqında məlumatlar) toplanması. Bu iş həm çap nəşrlərini (kitab, məcmuə, qəzet, jurnal və s.), həm də elektron resursları əhatə edəcək.

  • “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafın dünya bölməsinə dair toplanmış materailların təqvimin günləri üzrə (1 yanvar-31 dekabr) işlənməsi.

  • “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqraf üzrə işlənmiş materialların redaktə olunması.

  • Hazır materialların müntəzəm olaraq veb-səhifədə (www.azerbaycanli.org saytında ayrıca bölmə) yerləşdirilməsi, veb-səhifənin dizaynı (foto, illüstrasiya və s.).

  • Layihənin kütləvi informasiya vasitələrində işıqlandırılması; “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafın veb-səhifəsinin internet məkanda yayılması.

 

Layihənin icra müddəti

 

Layihənin icra müddəti 4 (dörd) aydır. 2012-ci ilin aprel-iyul aylarında icra olunması nəzərdə tutulur.

 

Gözlənilən nəticələr

 

Layihənin icrasından əldə ediləcək nəticələri belə sıralamaq olar:

 

  • Azərbaycanda ilk dəfə olaraq zəngin milli mədəniyətimiz və dünya mədəniyyəti ilə bağlı tarixi və avtobioqrafik məlumatları əks etdirən ensiklopedik xronoqraf (təqvim-toplu) hazırlanacaq.

  • Ensiklopedik xronoqrafda Azərbaycan və dünya mədəniyyəti, incəsənəti, ədəbiyyat xadimləri, tarixi-mədəni irs və sənət nümunələri haqqında məlumatlar yığcam şəkildə, təqvimin günləri üzrə oxuculara təqdim olunacaq.

  •  “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafı elektron resurs olaraq  (www.azerbaycanli.org saytında) internet məkanda Azərbaycanın mədəni irsi, ədəbiyyatı, incəsənəti, bu sahədə tanınan şəxsiyyətləri, eləcə də dünya mədəniyyətinin görkəmli simaları barədə tarix-avtobioqrafik məlumatlar almaq istəyən hər kəsin faydalana biləcəyi mənbə olacaq.

  • Ensiklopedik xronoqraf Azərbaycan mədəniyyətinin tədqiq və təbliğinə, eləcə də dünya mədəniyyəti simalarının, incəsənət nümunələrinin Azərbaycan dilində tanıdılması işinə, mədəniyyətlərarası dialoqa praktik töhfə verəcək.

  • “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafı Azərbaycanın dünyaya inteqrasiyasına töhfə vermək, tarix və mədəniyyətimizin tədqiq və təbliğ etmək məqsədilə yaradılmış (QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə) www.azerbaycanli.org saytının zənginləşməsinə, əhatə dairəsinin artmasına vəsilə olacaq və bu da öz növbəsində internetdə “Virtual Azərbaycan” məkanının genişlənməsinə xidmət edəcək.

  •  Layihənin kütləvi informasiya vasitələrində işıqlandırılması bu mövzuda maarifləndirmə işinə əlavə zəmin olacaq.

 * * *

Qeyd: Layihənin davamlılığının təmin olunması üçün gələcəkdə yeni fəaliyyətlərin həyata keçirilməsi, o cümlədən “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın kitab halında nəşr olunması, xarici dillərə tərcüməsi və yayılması nəzərdə tutulur.

 * * *

Layihə rəhbəri: Vüqar Orxan (vuqar@azerbaycanli.org, vuqar-orxan@mail.ru)

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009