ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 2 yanvar

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

2 yanvar

 

Azərbaycan

 

2 yanvar 1945 - Tanınmış aktyor, teatr və kinoda yaddaqalan obrazlar yaratmış Səməndər Rzayev (1945 - 27.3.1986) Ağsuda anadan olub.

“Nəsimi” (Şirvanşah İbrahim), “Babək” (İbn Bəis), “Babamızın babasının babası” (Əliquliyev),  “Evlənmək istəyirəm” (Həsən ağa),  “Bağ mövsümü” (Ağamirzə), “Bəyin oğurlanması” (Hidayət) və s. filmlərdə çəkilib. Bir çox televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.

 

2 yanvar 1950 – Şair, yazıçı, ədəbiyyatşünas Rafiq Yusifoğlu (Əliyev) Qubadlı rayonunun Çardaxlı kəndində doğulub.

Kitabları: “Ocaq yeri”, “Aylı cığır”,“Qəm karvanı”, “Bahar qatarı” və s. F.Q.Lorkanın, C.Bayronun və s. ədiblərin şeirlərini dilimizə tərcümə edib. "Göyərçin" jurnalının baş redaktorudur (1997-ci ildən).

 

Dünya

 

 

2 yanvar 1920 – Məşhur Amerika fantast-yazıçısı Ayzek Azimov (Isaac Asimov; 1920-6.4.1992) Rusiyanın Qomel quberniyasının Klimoviç qəzasında (indiki Smolensk vilayətinin Şumyaçsk rayonu) yəhudi ailəsində anadan olub. 1923-cü ildə ailəsi Amerikaya köçüb. İxtisasca biokimyaçı, Boston Universitetinin professoru olub.

1941-ci ildə nəşr olunan “Gecənin gəlişi” hekayəsi ilə şöhrət qazanıb. Digər əsərləri: “Təməl” romanlar seriyası, “Allahların özləri” romanı, “İkiyüzillik adam” povesti, “Mən, robot” hekayələr toplusu və s. (ümumilikdə  500-ə yaxın bədii və elmi-populyar əsər).

Fantastika ədəbiyyatı sahəsində nüfuzlu Hyuqo və Nebyula mükafatlarının laureatıdır.

 

2 yanvar 1912 – İtalyan rəssaml Renato Quttuzo (Renato Guttuso; 1912-1987) anadan olub. Əsərləri: “Çarmıx”, “Etnanın püskürməsi”, “Allah bizimlədir” və s.

 

2 yanvar 1927 — Məşhur rus balet artısti və baletmeysteri, xoreoqraf, pedaoqoq, SSRİ-nin Xalq artisti Yuri Nikolayeviç Qriqoroviç anadan olub.

1964-1995-ci illərdə Moskvadakı Böyük Teatrın (Большой Театр) baş baletmeysteri olub, truppa onun rəhbərliyi ilə dünyanın bir çox ölkələrində çıxış edib.

 

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik. 

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009