ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 3 yanvar

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

3 yanvar 

 Azərbaycan 

3 yanvar 1804 - Gəncə xanı Cavad xan (1748-1804) oğlu ilə birlikdə rus generalı Pavel Sisianovun qoşunları ilə döyüşdə həlak olub.

Bu döyüşdən sonra rus qoşunları Gəncə xanlığını işğal ediblər.

Cavad Şahverdi xan oğlu Ziyadoğlu Qacar 19 il Gəncə xanlığına rəhbərlik edib. Azərbaycanın tarixində cəsur sərkərdə, böyük vətənpərvər dövlət xadimi kimi qalıb.

 

 

3 yanvar 1907 - Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 – 27.6.1985) anadan olub.

Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) dərs deyib, konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (hazırda Bülbül adına məktəb) direktoru olub.

 

 

3 yanvar 1917 - Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan “Arşın mal alan” filmi Bakıdakı "Forum" kinoteatrında ilk dəfə nümayiş olunub. Filmin keyfiyyəti çox aşağı olduğu üçün Üzeyir bəyin təkidi ilə yanvarın 8-də ekrandan çıxarılıb.

Filmin rejissoru Boris Svetlov, operator Qriqori Lemberq idi. Rollarda Hüseynqulu Sarabski (Əsgər), Mirzağa Əliyev (Süleyman), Ələkbər Hüseynzadə (Soltan bəy), Əhməd Ağdamski (Gülçöhrə) və başqaları çəkiliblər.  

 

Dünya

 

3 yanvar 1829 – Tanınmış alman filoloqu, alman dilinin orfoqrafik lüğətinin (Duden lüğəti) yaradıcısı Konrad Duden ( Konrad Alexander Friedrich Duden; 1829-1911) anadan olub.

 

3 yanvar 1892 — İngilis yazıçısı, dilçi, ədəbiyyatşünas Con Ronald Tolkin (John Ronald Reuel Tolkien; 1892-1973) anadan olub.

Dünyaca məşhur “Üzüklərin hökmdarı” trilogiyasının müəllifdir. Digər əsərləri: “Silmarillion”, “Aotru və İtrun haqqında ballada”, “Hobbit, və ya oraya və geriyə” və s. Fentezi janrında ədəbiyyatın banilərindən biridir.

 

3 yanvar 1929 — İtalyan kinorejissoru Serco Leone (Sergio Leone; 1929-1989) anadan olub. Spaqetti-vestern janrının yaradıcısı sayılır.

Filmləri: “Bir dəfə vəhşi Qərbdə”, “Bir dəfə Amerikada”, “Bir çəngə dollar üçün”, “Bir neçə dollar çox”, “Yaxşı, pis, bədnam”.

 

 

3 yanvar 1956 — İrland mənşəli Amerika aktyoru və kinorejissoru Mel Gibson (Mel Colm-Cille Gerard Gibson) Nyu-Yorkda doğulub.

Filmləri: “Baunti”, “Ölümcül silah”, “Qadınlar nə istəyirlər?”, “Vətənpərvər” (aktyor), “Cəsur  ürək” (rejissor və aktyor; film 5 “Oskar” mükafatı qazanıb), “İsa Məsih ehtirasları”, “Apokalipsis” (rejissor).

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik. 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009