ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 10 yanvar

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

10 yanvar

 

Azərbaycan

 

10 yanvar 1838 - Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (1838 - 1.9.1924) anadan olub. Tagıyevin adı Azərbaycan tarixinə xalqın maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə həkk olunub.

Bakıda ilk teatr binası, Cənubi Qafqazda müsəlman qızlar üçün ilk məktəb Tağıyevin adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları («Müsəlman xeyriyyə cəmiyyəti», «Nəşr və maarif», «Nicat» və s.) onun köməyi sayəsində fəaliyyət göstərib.

Dövrün tanınmış ziyalıları, Xalq Cümhuriyyətinin qurucuları Tağıyevin köməyi ilə Rusiyada, Avropada təhsil alıb.

 

10 yanvar 1929 – Tanınmış dilçi alim, akademik Afad Məhəmməd oğlu Qurbanоv (1929-2009) Qərbi Azərbaycanın Kalinino rayonunun Cuci (Qızıl Şəfəq) kəndində doğulub.

 

10 yanvar 1932 – Musiqişünаs, professor Еlmirа Əbdülhəmid qızı Аbаsоvа (1932-12.2.2009) anadan olub.

Üzeyir Hacıbəyli haqqında kitabların, “Cövdət Hacıyev”, “Rəşid Behbudov”, “Qurban Pirimov” və s. kitabçaların müəllifidir.

1977-1991-ci illərdə Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) rektoru olub.

 

10 yanvar 1938 – Məşhur bəstəkar, Xalq artisti Elza İmaməddin qızı İbrahimova (1938 - 11.2.2012) Hacıqabulda anadan olub.

”Yanan laylalar” operasının (libretto - Ramiz Heydər), populyar mahnıların (“Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Gəl-gəl, gülüm” və s.) və romansların müəllifidir.

 

10 yanvar 1940 - Şairə, tərcüməçi Firuzə Nurəddin qızı Məmmədli Xaçmaz rayonunun Canaxır kəndində doğulub.

 

10 yanvar 1948 - Əməkdar artist Əli Nur (Əli Qayıb oğlu Nurzadə) Ağsu rayonunun Bicov kəndində anadan olub. Sumqayıt Dram Teatrında çalışıb. 1986-cı ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərir. “Cavad xan” (Alban keşişi) filmində çəkilib.

 

10 yanvar 1949 - Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Rafiq Səməndər (Ələddinov) anadan olub. 20 Yanvara həsr olunmuş “Şəhidlər” kitabının, sənədli və cizgi filmlərinin ssenari müəllifidir.

 

10 yanvar 1953 - Əməkdar artist Sevil Rza qızı Xəlilova (1953 - 28.11.2011) Bakıda doğulub.

Teatr və televiziya tamaşalarında («Kişilər» - Səlimə, «Yollar görüşəndə» - Rahidə və s.) maraqlı rollar oynayıb.

 

 

10 yanvar 1954 - Şair, nasir, tərcüməçi, ssenarist , Əməkdar incəsənət xadimi Baba Vəziroğlu (Məsimov) anadan olub. Bir çox şeirlərinə musiqi yazılıb.

 

10 yanvar 1956 - Populyar müğənni, Xalq artisti Ağadadaş Həmid oğlu Ağayev Cəlilabad rayonunun Hasıllı kəndində doğulub.

 

10 yanvar 1962 - Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (1909 - 1962) vəfat edib. 1939-cu ildən Milli Dram Teatrında çalışıb, bir sıra filmlərdə (“Lətif”, 1930) çəkilib. 

 

Dünya

 

10 yanvar 1797 - Alman yazıçısı və şairəsi Annette Droste-Hülshoff (Annette von Droste-Hülshoff; 1797 - 1848) anadan olub.

 

10 yanvar 1827 - İngilis tarixçisi, müqayisəli mifologiya üzrə görkəmli mütəxəssis Corc Uilyam Koks (George William Cox; 1827 - 1902) anadan olub.

 

10 yanvar 1883 - Rus yazıçısı, publisist Aleksey Nikolayeviç Tolstoy (1883 - 1945) anadan olub.

“I Pyotr”, "Əzablı yollarla" (üç kitab), "Mühacirlər", “Mühəndis Qarinin hiperboloidi” romanlarının, "Aelita", "Gürzə", "Qraf Kaliostro" povestlərinin müəllifidir.

 

10 yanvar 1905 - Özbək yazıçısı Aybək (Musa Daşməhəmmədov; 1905-1968) anadan olub. Əsərləri: ”Nəvai”, “Günəş sönməyəcək” romanları, “Həmzə” poeması və s.

* * *

Əlavə bax:

Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik. 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009