ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 15 yanvar

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

15 yanvar

 

 Azərbaycan

 

15 yanvar 1914 - Yazıçı Ənvər Yusif oğlu Qasımov (1914-1989) Yevlax rayonunda anadan olub. Əsərləri: "Düşmənimin düşməni", "Cərrahlar" romanları, “Hamballar" povesti və s.

 

15 yanvar 1940 - Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Ələsgər oğlu Kazımzadə anadan olub.

 Azərbaycan kinosunun gerçək tarixinin (2 avqust 1898-ci il) üzə çıxması onun yorulmaz tədqiqatlarının nəticəsidir.

Bir çox kitabların müəllifi, “Azərbaycan Kino Ensiklopediyası”nın tərtibçisidir.

 

15 yanvar 1952 – Tanınmış tarixçi alim, professor Cəmil Poladxan oğlu Həsənli Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.

XX əsr Azərbaycan tarixinin bir çox qaranlıq səhifələrinə işıq salan 10-dan çox kitabın müəllifidir.

Milli Məclisin deputatı (2005-2010) olub.

 

Dünya

 

15 yanvar 1622 - Görkəmli fransız dramaturqu Jan-Batist Molyer (Jean Baptiste Poquelin dit Moliere; 1622-17.2.1673) anadan olub.

Avropa ədəbiyyatında klassik komediya janrının banisi sayılır.

Əsərləri: “Tartüf”, “Psixeya”, Don-Juan”, “Zorən təbib”, “Xəsis” və s.

 

* * *

15 yanvar 1795 - Rus şairi, yazıçı-dramaturq, diplomat Aleksandr Sergeyeviç Qriboyedov (1795-11.2.1829) anadan olub.

“Ağıldan bəla” komediyasının müəllifidir.

Azərbaycanın Rusiya və İran tərəfindən bölüşdürülməsinə dair Türkmənçay müqaviləsindən sonra (1828) Tehranda Rusiyanın səfiri olub, orada qətlə yetirilib.

 

15 yanvar 1850 - Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu, 1850-15.6.1889) anadan olub.

 

15 yanvar 1850 - Məşhur rus riyaziyyatçısı, yazıçı və publisist Sofya Kovalevskayanın (1850-1891) doğum günüdür. Əsərləri: “Voronsov ailəsi” romanı, “Nigilist qız” povesti.

 

15 yanvar 1870 - Ukrayna yazıçısı, şərqşünas, akademik Aqafangel Yefimoviç Krımski (1871-1942) anadan olub.

 

15 yanvar 1891 - Görkəmli rus (yəhudi əsilli) şairi, ədəbiyyatşünas Osip (İosif) Mandelştam; 1891-1938) anadan olub.

 

15 yanvar 1902 - Böyük türk şairi, ömrünün bir hissəsini Azərbaycanda yaşamış Nazim Hikmət (1902 - 3.6.1963) anadan olub. Siyasi baxışlarına görə kommunist olan şair 1938-ci ildə Türkiyədə 28 illik həbsə məhkum edilmiş, 1951-ci ildə ona SSRİ-yə mühacirət etməyə icazə verilmişdi.

Türkiyə vətəndaşlığından məhrum edilən Nazim Hikmət ömrünün axırınadək SSRİ-də yaşadı. Məzarı Moskvadadır.

Şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, "Bir məhəlləli iki oğlan" ("Azərbaycanfilm"), "Məhəbbətim, kədərim mənim" ("Mosfilm") filmləri çəkilib.

 

15 yanvar 1917 - SSRİ Xalq artisti, aktyor Yevgeni Lebedev (1917-9.6.1997) anadan olub. Rasim Ocaqovun “İstintaq” filmində (Muradın kamera yoldaşı) çəkilib.

* * *

 

Əlavə bax:

Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik. 

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009