Mədəniyyət gündəliyi: xronoqraf > 17 yanvar
Mədəniyyət gündəliyi
elektron xronoqraf

17 yanvar
Azərbaycan
17 yanvar 1921 - Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılış gecəsi keçirilib.
Gecədə Azərbaycan SSR xalq maarif komissarı Dadaş Bünyadzadə və teatr binasının (indiki Musiqili Komediya Teatrı) keçmiş sahibi Hacı Zeynalabdin Tağıyev iştirak edib.
* * *
17 yanvar 1926 - Tanınmış şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926 - 17.2.1991) Bakıda anadan olub.
1938-ci ildə ailəsi ilə Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının (1941-1946) fəal iştirakçısı olub.
1947-ci ildə Bakıya gəlib.
"Təbrizin baharı", "Təbriz qızı", "Xatirələrimin nəğməsi", "Dünyamızın sabahı" və s. şeir və poema kitablarının müəllifidir.
17 yanvar 1940 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Kamil Hətəm oğlu Quliyev anadan olub.
17 yanvar 1992 – Azərbaycan Ali Sovetinin Milli Şurası 20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında" qanun qəbul edib.
Dünya
17 yanvar 1706 - Görkəmli Amerika maarifçisi, filosof, ABŞ-ın qurucularından və ölkə Konstitusiyasının müəlliflərindən biri Bencamin Franklin (Benjamin Franklin, 1706-1790) Bostonda doğulub.
Amerikada ilk kütləvi kitabxananın yaradıcısıdır.
17 yanvar 1835 - Litva şairi Antanas Barnauskas (1835-1902) anadan olub.
17 yanvar 1863 - Görkəmli rus teatrşünası, rejissor, pedaqoq Konstantin Sergeyeviç Stanislavski (Alekseyev; 1863-1938) anadan olub.
17 yanvar 1902 - Rus-sovet kinorejissoru Leonid Zaxaroviç Trauberq (1902-1990) anadan olub.
17 yanvar 1933 - İtalyan əsilli Fransa müğənnisi Dalida (İolanda Kristina Cilotti - Yolanda Christina Gigliotti, 1933-1987) Misirdə anadan olub.
Fransız və ərəb dilində populyar mahnılar oxuyub.
* * *
17 yanvar 1960 - Məşhur rus bəstəkarı və estrada müğənnisi İqor Yuryeviç Nikolayev anadan olub. Bir çox populyar mahnıların müəllifidir.
17 yanvar 1962 - Amerika və Kanada aktyoru, ssenarist, prodüser Cim Kerri (James Eugene Carrey) anadan olub. Filmləri: “Maska”, “Kütbeyin və lap kütbeyin”, “Kabelçi”, “Yalançı, yalançı” və s.
* * *
Əlavə bax:
►Mədəniyyət gündəliyi
® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.