ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 21 yanvar

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

21 yanvar

 

 Azərbaycan

 

21 yanvar 1907 – Görkəmli tarixçi və iqtisadiyyatçı, akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə (1907-22.1.1992) Bakının Əmircan kəndinə doğulub.

Azərbaycan xalqının etnogenezinə dair dəyərli tədqiqat əsərlərinin müəllifidir.

 

* * *

21 yanvar 1924 - Görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Qulam qızı Axundova (1924 - 26.7.2013) Şəkidə doğulub.

Azərbaycanda opera ("Gəlin qayası") yazmış ilk qadın bəstəkardır.

“Ev bizim, sirr bizim" operettasının, populyar mahnıların ("Mehriban olaq", "Nədən oldu", ""Gözlərimin işığı" və s.), romansların müəllifidir.


21 yanvar 1939 - Publisist, nasir Asif Xeybər oğlu Axundov anadan olub.

 

21 yanvar 1950 - Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub Borçalı mahalının (Gürcüstan) Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub.

“Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Biz bir eşqin butasıyıq”, “Şair harayı”, “Bir əlim torpaqda, bir əlim haqda”, “Şairin taleyi” və s. kitabların müəllifidir.

Azərbaycan Aşıqlar Birliyinin sədridir.

21 yanvar 2000 - Görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərov (22.2.1924, Şuşa - 2000) vəfat edib.

“Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s. operettaları, “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, “Bayatı-Şiraz” simfonik muğamı və digər musiqi əsərlərinin müəllifidir.

* * *

21 yanvar 2008 - Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar İmanov (17.4.1929, Sabirabad - 2008) vəfat edib.

Uzun illər Opera və Balet Teatrında çalışıb, operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.



Dünya

 

21 yanvar 1861 - Fransız rejissoru, dünya kinematoqrafının banilərindən biri Jorj Melyes (Maries-Georges-Jean Melies, 1861-1938) anadan olub. 1897-ci ildə yaratdığı “Star Film” studiyasında qısametrajlı filmlər çəkib.

21 yanvar 1905 - Polyak əsilli sovet yazıçı-dramaturqu, şair, ssenarist Vanda Lvovna Vasilyevskaya (1905-1964) anadan olub.

 “Sular üzərində nəğmə” trilogiyası, “Vətən”, “Çaylar yanır” romanlarının müəllifidir.

 

* * *

21 yanvar 1906 - SSRİ Xalq artisti, məşhur baletmeyster İqor Aleksandroviç Moiseyev (1906-2.11.2007) anadan olub.

21 yanvar 1920 - SSRİ Xalq artisti, aktyor Nikolay Nikolayeviç Trofimov (1920-2005) anadan olub.

21 yanvar 1941 - Dünya şöhrətli ispan opera (tenor) müğənnisi Plasido Dominqo (Jose Placido Domingo) Madriddə doğulub.

* * *

 

 Əlavə bax:

Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik. 

 

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009