Mədəniyyət gündəliyi: xronoqraf > 22 yanvar
Mədəniyyət gündəliyi
elektron xronoqraf

22 yanvar
Azərbaycan
22 yanvar 1892 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış boyakar və qrafika ustası Bəhruz Kəngərli (1892-1922) anadan olub.
Əsərlərində Vətəninin gözəlliklərini (“Gecə mənzərəsi”, “İlan dağı”və s.) tərənnüm edib.
Kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri muzeylərdə sərgilənir.
22 yanvar 1926 - Nasir, publisist, tərcüməçi Məmmədrza Abdulla oğlu Afiyət (Mərəndi; 1926-1995) anadan olub.
22 yanvar 1944 - Xalq artisti, görkəmli aktyor Hacı Məcid oğlu İsmayılov Bakıda doğulub.
Akademik Milli Dram Teatrında çalışır.
«Ad günü», “Bəyin oğurlanması”, “Həm ziyarət, həm ticarət” filmlərində maraqlı obrazlar yaradıb.
22 yanvar 1967 - Tanınmış aktyor Elşən Rüstəmov Masallıda doğulub. Filmləri: “İtkin gəlin”, “Özgə vaxt” “Seçilən”, “İstanbul reysi” və s.
Dünya
22 yanvar 1561- İngilis filosofu, empirizmin banisi, tarixçi, şair Frensis Bekon (Francis Bacon, 1561-1626) anadan olub.
22 yanvar 1729 - Alman klassik ədəbiyyatının banisi, dramaturq, incəsənət nəzəriyyəçisi Qothold Efraim Lessinq (Gotthold Ephraim Lessing, 1729-1781) anadan olub.
22 yanvar 1788 – Məşhur ingilis romantik şairi Corc Qordon Bayron (George Gordon Byron, 1788-19.4.1824) anadan olub.
22 yanvar 1882 - Rus filosofu Pavel Aleksandroviç Florenski (1882-1937) Azərbaycan ərazisində, Yelizavetpol (Gəncə) quberniyasının Yevlax qəsəbəsində rus hərbçisi ailəsində doğulub.
22 yanvar 1898 - Görkəmli rus rejissoru, ssenarist, kino nəzəriyyəçisi və pedaqoq Sergey Mixayloviç Eyzenşteyn (1898-1948) anadan olub.
Məşhur tarixi filmlərin (“Oktyabr”, “Aleksandr Nevski”, “İvan Qroznı”) müəllifidir.
* * *
22 yanvar 1904 - Rus yazıçısı Arkadi Petroviç Qaydar (Qolikov, 1904-1941) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Timur və omun komandası” və s.) müəllifidir.
* * *
Əlavə bax:
►Mədəniyyət gündəliyi
® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.