ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 28 yanvar

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

28 yanvar

 

Azərbaycan

 

28 yanvar 1848 - Şair, ədəbiyyatşünas, tarixçi, pedaqoq, teatr xadimi Həsənəli xan Qaradaği (1848 - 2.12.1929) Şuşada doğulub.

Rus şairi İvan Krılovun təmsillərinin dilimizə ilk tərcüməçisi olub.

Qori Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski ilə birgə azərbaycanlı şagirdlər üçün “Vətən dili” dərsliyini (1882) hazırlayıb.

* * * 

 

28 yanvar 1923 – Yazıçılar Birliyinin (1934) orqanı olan “Azərbaycan” jurnalının ilk sayı çapdan çıxıb.

Nəşrin ilk redaktoru Tağı Şahbazi Simurq olub. Jurnal 1923-1927-ci illərdə "Maarif və mədəniyyət” adı ilə nəşr edilib.

Sonrakı illərdə "İnqilab və mədəniyyət" (1928-1936), "Revolyusiya və kultura" (1936-1941) və s. adlarla çıxıb.

1953-cü ildən “Azərbaycan” adlanır.

 

28 yanvar 1938 - Kinooperator Zaur Məhərrəmov Bakıda doğulub. “Uşaqlığın son gecəsi”, “Ad günü”, “Gözlə məni” və s. filmlərin operatorudur.

 

28 yanvar 1925 - Şair, dramaturq Adil Qafar oğlu Babayev (1925-19.8.1977) anadan olub.

 

28 yanvar 1944 – Aktyor,  Xalq artisti Məzahir Həbulla oğlu Süleymanov Zərdab rayonunda anadan olub. “Mənim ağ şəhərim”, “Yük”, “Cavid ömrü” filmlərində çəkilib.

 

28 yanvar 1980 - Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın Çingiz oğlu Qaradağlı (20.8.1929-1980) vəfat edib.

 

28 yanvar 1985 - SSRİ Xalq artisti, rejissor, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918, Şuşa - 1985) vəfat edib.

Uzun illər Milli Dram Teatrında rejissor işləyib. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur.

“Onu bağışlamaq olarmı?” filmində (Qaya) çəkilib.

 

Dünya

 

28 yanvar 1853 - Rus filosofu, şair, ədəbiyyatşünas Vladimir Sergeyeviç Solovyov (1953-1900) anadan olub. Əsərləri: “Məhəbbətin mənası”, “Xeyirə bəraət” və s.

 

28 yanvar 1853 - Məşhur kubalı inqilabçı yazıçı, bu ölkənin Milli qəhrəmanı Jose Marti (Jose Julian Marti Perez, 1853-1895) anadan olub.

 

28 yanvar 1897 - Rus-sovet yazıçısı Valentin Petroviç Katayev (1897-1986) anadan olub. “Vaxtdır, irəli”, “Tənha yelkən ağarır”, “Alay oğlu” əsərləri əsasında eyniadlı filmlər çəkilib.

 

28 yanvar 1899 - Gürcüstanın Xalq şairi Gеоrgi Nikоlayеviç Lеоnidzе (1899-9.8.1966) anadan оlub.

 

28 yanvar 1912 - Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollak (Paul Jackson Pollock, (1912-1956) anadan olub.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.  

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009