ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 30 yanvar

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

30 yanvar

 

Azərbaycan

 

30 yanvar 1920 - Kinooperator Teyyub Axundov (1920 - 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.

 

30 yanvar 1936 - Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936-4.11.1990) anadan olub. “Vaqif”,  “XVIII əsr Azərbaycan lirikası” monoqrafiyalarının müəllifidir.

 

30 yanvar 1949 - Aktrisa Emma Qələndər qızı Məlikova anadan olub. Musiqili Komediya Teatrında çalışır. “Qəzəlxan”, “Şirbalanın məhəbbəti” flimlərində çəkilib.

 

30 yanvar 1992 - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1995-ci ildən ATƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Praqada (Çexiya) keçirilən toplantısında Azərbaycan bu təşkilata üzv qəbul olunub.   

 

30 yanvar 2006 – Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında” fərmanı ilə Mədəniyyət, Gənclər, İdman və Turizm nazirlikləri əğv edilib, Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılıb.

Prezidentin eyni tarixli sərəncamları ilə Əbülfəs Mürsəl oğlu Qarayev gənclər, idman və turizm naziri vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri təyin olunub.

 

Dünya

 

30 yanvar 1720 - İtalyan rəssamı, Venesiya məktəbinin nümayəndəsi Bernardo Belotto (Bernardo Francesco Paolo Ernesto Bellotto; 1720-1780) anadan olub.

 

30 yanvar 1900 - Tanınmış rus-sovet bəstəkarı İsaak Osipoviç Dunayevski(1900-1955) anadan olub. 13 operetta və baletin, onlarla kinofilmə musiqinin, çoxsaylı populyar mahnının müəllifidir.

 

30 yanvar 1923 - Məşhur kinorejissor, SSRİ Xalq artisti Leonid Qayday (1923-19.11.1993) anadan olub.

Populyar sovet kinokomediyalarının (“I əməliyyatı”, “Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Sportloto-82” və s.) müəllifiidir.

* * *

 

30 yanvar 1928 - Amerika blüz musiqisinin tanınmış simalarından olan müğənni Rut Braun (Ruth Brown, 1928-2006) anadan olub.

 

30 yanvar 1930 - Amerika kinoaktyoru, iki dəfə “Oskar” mükafatçısı Cin Hekmen (Gene Hackman) anadan olub. Filmləri: “Söhbət”, “Supermen” və s.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.  

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009