ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Azərbaycan dünyada > Mədəniyyət – sülh elçisi > Xoşməramlı səfir

Birinci ledi

 

«Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Kimsənsə, elə də olmalısan. Özgələrin rollarını və obrazlarını gərək üzərinə götürməyəsən»

Mehriban Əliyeva

Hakimiyyətlə cəmiyyət arasında münasibətlərin daha şəffaf və qarşılıqlı etimad atmosferində qurulması mahiyyət etibarilə özündə demokratik və plüralist cəmiyyətin formalaşmasını da ehtiva edən uzun bir prosesdir və demokratik inkişaf yolunu seçmiş ölkə kimi Azərbaycanda da bu yolu keçməlildir.

Lakin hakimiyyətin cəmiyyətə açılması, dövlət rəhbərinin, onun ətrafının, habelə şəxsi həyatının, ailəsinin sıravi insanlar üçün əlçatan (təbii ki, bütün normal cəmiyyətlərdə qəbul olunmuş ictimai etika çərçivəsində) olması təkcə sözügedən formal stereotiplərin ləğvi ilə məhdudlaşmır. Bu xüsusda çox vacib missiyanı daşıyan və dövlətin birinci adamının ictimai şüurdakı simasını bir növ tamamlayan bir şəxs də var. Bu, dövlət başçısının xanımı, yaxud, bütün dünyada qəbul olunmuş sözlə ifadə etsək, ölkənin birinci ledisidir.

“Birinci ledi” anlaşıyı ayrı-ayrı ölkələrdə dövlətçilik ənənələrindən, siyasi sistemdən, milli-mental dəyərlərdən və s. asılı olaraq müxtəlif səpkidə qəbul olunsa da, onun bütün ölkələr üçün eyni olan parametri var. Bu, dövlətin birinci xanımının yüksək ictimai statusudur. Ölkənin birinci ledisinin şəxsiyyətinə ictimai maraq miqyasına görə yalnız dövlət başçısına olan maraqla müqasiyə edilə bilər.

Yeri gəlmişkən, “birinci ledi” ifadəsi XIX əsrin ortalarında ABŞ-da meydana gəlib. Hərçənd uzun müddət Amerika cəmiyyətində birinci ledinin statusu dekorativ səciyyə kəsb edib. XX əsrdə bu status daha real və ictimai əhəmiyyətli şəkil aldı. Teodor Ruzveltin və Vudro Vilsonun hakimiyyəti gövründə onların xanımları faktiki olaraq Ağ ev administrasiyasının katibliyinə rəhbərlik edirdilər. ABŞ prezidenti vəzifəsinə 4 dəfə seçilmiş Franklin Ruzveltin həyat yoldaşı Eleanor Ruzvelt geniş ictimai fəallıyyətlə məşğul olur, Konqresdə çıxışlar edir, aktual məsələlərlə bağlı müsahibələr verir, mətbuatda məqalələr dərc etdirirdi. Bu fəallığın məntiqi davamı kimi o, ABŞ-ın BMT-dəki təmsilçisi oldu və “İnsan haqları Bəyannaməsi”nin müəlliflərindən biri kimi tarixə düşdü.

Nəhayət, ABŞ tarixində ən populyar birinci ledi olmuş Hillari Klinton böyük siyasətdə də qüvvəsini uğurla sınadı. Bugünkü Amerika reallığında birinci ledi hakimiyyət elitasının mühüm simalarından biri kimi qəbul olunur, onun Ağ evdə geniş ştata malik ayrıca ofisi var və amerikalılar seçkilərdə təkcə prezident və vitse-prezidentliyə namizədlərə deyil, həmçinin gələcək birinci lediyə səs verirlər və sonuncu məqam elektoral baxımdan heç də az rol oynamır.

Digər ölkələrdə birinci ledi faktoru, ABŞ-dakı qədər fəal mövqelərə malik olmasa da, yuxarıda qeyd etdiyimiz kimi, daima ictimaiyyətin diqqət mərkəzindədir. Patriarxal ənənələrin və poliqamiyanın hakim olduğu müsəlman-ərəb ölkələrində də birinci ledinin şəxsiyyəti, bu və ya digər hərəkəti geniş ictimai diskussiya doğurur. Asiya ölkələrinin birinci lediləri isə hətta regional təşkilat təsis ediblər və mütəmadi sammitlərini keçirirlər. O ki qaldı Avropaya, burada da birinci ledilər daha çox ictimai fəaliyyətlə, xeyriyyəçiliklə məşğul olurlar, müxtəlif qeyri-hökumət fondlarına rəhbərlik edirlər. Hətta fəal siyasətə qoşulanlar da var.

Qeyd edək ki, postsovet ölkələrində birinci ledi institutu (belə demək mümkünsə) hələ yeni formalaşır. Sovet dövründə dövlət başçının şəxsi həyatı və ailəsi geniş ictimaiyyət üçün qapalı mövzu olub. Yalnız 80-ci illərin sonunda, yəni SSRİ qüruba doğru gedərkən bu “ənənə” pozuldu. Sovet cəmiyyəti SSRİ-nin birinci (və sonuncu) prezidenti ilə yanaşı onun xanımını, sovet dövlətinin birinci ledisini də tanıdı. Lakin Raisa Maksimovnanın hədsiz təkəbbürü və ictimai rəyi qıcıqlandıran manerası (yeri gəldi-gəlmədi, bu və digər məsələyə münasibət bildirməsi, jurnalistlərin M.Qorbaçova ünvanladığı siyasi sualları da onun əvəzindən cavablandırması) bu tanışlıqda yalnız mənfi izlər qoydu və nəticə etibarilə M.Qorbaçovun ölkə daxilindəki mənfi reputasiyasına da “əsaslı töhfə” verdi. Odur ki, R.Qorbaçovanın “nümunəsi” biinci ledi məsələsində mənfi örnək sayıla bilər. 

“Birinci ledi” anlayışı Azərbaycan cəmiyyəti üçün də hələ yenidir. >>> 


Böyük amallar uğrunda

2009-cu il mayın 10-da Heydər Əliyev Fondunun yaranmasının 5 ili tamam oldu. Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun bütün nəsillərə örnək olan irsini təbliğ etmək məqsədi ilə 2004-cü il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu Azərbaycanın sosial inkişafına xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirir.

Ölkənin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond beşillik fəaliyyəti dövründə müxtəlif sahələri əhatə edən çoxsaylı layihələr reallaşdırmış, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurmuş, Bakıda bir sıra dövlətlərin iştirakı ilə möhtəşəm konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur.

Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondu yarandığı gündən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələr həyata keçirir. Bunlardan biri “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramıdır. Bu proqram çərçivəsində respublika üzrə 31 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş, kommunal şərait yaxşılaşdırılmışdır. Eyni zamanda uşaq evləri və internat məktəblərində kitabxanalar yaradılmış, müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, bu müəssisələrin əksəriyyətində kompüter avadanlığı quraşdırılmış, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır.

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərində ötən beş il ərzində ardıcıl olaraq kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirməklə yanaşı onların özfəaliyyət kollektivlərinə, dərnəklərinə lazım olan köməyi də əsirgəməmişdir.
2009-cu ilin yanvarında Fondun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda 50 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramının əsas məqsədi isə təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir. Bu proqram çərçivəsində 75.000-dən artıq şagird yerlik müasir standartlara cavab verən 283 məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur.

Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi isə tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Fond bu layihə çərçivəsində hər il Azərbaycanın bütün birinci sinif şagirdlərinə və Gürcüstandakı soydaşlarımızın təhsil aldığı məktəblərin birinci sinif şagirdlərinə yeni dərslik və tədris ləvazimatları hədiyyə edir. “Təhsilə dəstək” layihəsinin ən uğurlu və önəmli işlərindən biri Pakistanda 2005-ci ildəki zəlzələdən yarasız hala düşmüş qızlar üçün orta məktəb binasının yenidən inşa edilərək istifadəyə verilməsidir. 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni elmi-tədris mərkəzinin binası tikilmiş, əyani vəsaitlərlə təmin edilərək soydaşlarımızın istifadəsinə verilmişdir.

Cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Heydər Əliyev Fondu həyata keçirdiyi layihələrlə əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edir. Fondun başlıca vəzifələrindən biri uşaq evləri və internatlardakı uşaq və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir.

Azərbaycanda yayılan talassemiya xəstəliyinin qarşısının alınması məqsədi ilə 2005-ci ildən Heydər Əliyev Fondu talassemiya problemlərinə həsr olunmuş “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. Layihə çərçivəsində talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası üçün Bakıda Talassemiya Mərkəzi inşa edilmişdir. Heydər Əliyev Fondu tərəfindən Bakı şəhərində Psixo-nevroloji Uşaq Evinin inşası onun səhiyyə sahəsindəki ən böyük uğurlarından biridır.

Eyni zamanda, Fondun təşəbbüsü ilə paytaxtda və regionlarda tibb müəssisələrinin yenidənqurma layihələri həyata keçirilir. Əzizbəyov rayonunun Türkan qəsəbəsində poliklinika, təcili yardım stansiyası, Şüvəlan qəsəbəsində xəstəxana, Zirə qəsəbəsində Müalicə-Diaqnostika Mərkəzi, “Təbəssüm” uşaq sanatoriyası yenidən qurulmuş və müasir avadanlıqla təchiz olunmuşdur.

Bütün bunlarla yanaşı 2004-2009-cu illər ərzində Fonda müraciət etmiş insanlara kömək göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqə qurulmuş, 10 minə yaxın insanın müayinə və müalicəsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. Bu dövr ərzində 763 nəfərdən çox xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olunmuş, 90 nəfərdən çox xəstə xarici ölkələrdə müayinə və əməliyyat edilmişdir.

Heydər Əliyev Fondunun xüsusi diqqət yetirdiyi prioritet sahələrdən biri də mədəniyyət sahəsidir. Fond mədəniyyət sahəsindəki fəaliyyətində Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə xüsusi önəm verir. Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur.

Regionlarda da Muğam Mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçən il Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi inşa olunmuşdur. Fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyi açılmışdır. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun dəstəyi ilə Bakıda Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi inşa olunur.

Eyni zamanda, Ulu öndərin irsini təbliğ edən Fondun təşəbbüsü ilə respublikanın müxtəlif regionlarında, iri şəhərlərində, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, həmçinin Fondun ABŞ, Rumıniya və Rusiyadakı nümayəndəliklərində Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixindən və mədəni irsindən bəhs edən, müasir avadanlıq və lazımi ədəbiyyatla təchiz edilmiş muzey və muzey mərkəzləri yaradılmışdır. Bu muzeylərdəki müxtəlif fotostendlər, kinozallarda nümayiş etdirilən videosüjetlər Heydər Əliyevin zəngin siyasi, dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır.

Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr və beynəlxalq festivallar təşkil edilərək həyata keçirilmişdir. İlk olaraq Fondun birbaşa dəstəyi ilə keçirilən və Azərbaycan muğam sənətinin inkişafına və təbliğinə böyük töhfələr verən muğam müsabiqələrini və beynəlxalq festivalları qeyd etmək lazımdır. >>>

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009