ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 5 fevral

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

5 fevral

 

Azərbaycan

 

5 fevral 1918 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (1918-13.05.1982) anadan olub.

Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, “Don Kixot" (1960) simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, “Vyetnam" süitası, fortepiano üçün 24 prelüd, skripka və fortepiano üçün sonata və romansların müəllifidir.

“Uzaq sahillərdə”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami”  və s. filmlərə musiqi yazıb.



5 fevral 1925 - Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası (passajı) təşkil etmək bərədə qərar verib.

 

5 fevral 1930 - Görkəmli xanəndə, muğam ustası Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində doğulub.

Yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına dəyərli töhfələr verib.

100-dən artıq mahnı və təsniflər yaradıb.

* * *

5 fevral 1939 – Görkəmli yazıçı-dramaturq, ssenarist və rejissor Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov Bakıda anadan olub.

30-dan çox filmin (“Səhranın bəyaz günəşi”, “Ad günü”, “İstintaq”, “Park”, “Özgə ömür”, “Ölsəm... bağışla” və s.) ssenari müəllifidir. Pyesləri bir çox teatrlarında səhnəyə qoyulub.

Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Oskar” mükafatına layiq görülüb.

 

5 fevral 1948 - Şair, dramaturq Mərkəz Qacar anadan olub.

5 fevral 1963 - Teatr və kino aktrisası Münəvvər Səməd qızı Kələntərli (1912, Lənkəran - 1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, opera tamaşalarında, musiqili komediyalarda çıxış edib. "Arşın mal alan" (1945), "Bəxtiyar”, "Qızmar günəş altında", "Görüş", "O olmasın, bu olsun" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

5 fevral 1991 - Ali Sovet Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanun qəbul edilib. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın Dövlət bayrağı kimi təsdiq edilib. Dövlət bayrağı bərabər enli üç üfüqi (mavi, qırmızı, yaşıl) zolaqdan ibarətdir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq istəyini, yaşıl rəng - İslam dininə mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.

 

Dünya

 

5 fevral 1808 - Alman rəssamı, bidermayer (məişət və interyer detallarının, sadə adamların təsviri) üslubunun məşhur nümayəndəsi Karl Şpisveq (Carl Spitzweg, 1808-1885) anadan olub.

5 fevral 1810 - Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull, 1810-1880) anadan olub.

5 fevral 1836 - Rus ədəbiyyatşünası Nikolay Aleksandroviç Dobrolyubov (1836-1861) anadan olub.

5 fevral 1864 - Alman bəstəkarı, çoxsaylı hərbi marşların müəllifi Karl Teyke (Carl Albert Hermann Teike, 1864-1922) anadan olub.

5 fevral 1914 - Tanınmış Amerika yazıçısı Uilyam Stüard Berrouz (William Seward Burroughs, 1914-1997) anadan olub.

5 fevral 1923 - Belarus təsviri sənətinin klassiki, məşhur rəssam Leonid Şmelev anadan olub.

 

5 fevral 1943 - Amerika kinorejissoru, ssenarist və prodüser Maykl Mann (Michael Mann) anadan olub.

5 fevral 1945 - İngilis aktrisası Şarlotta Remlinq (Tessa Charlotte Rampling) anadan olub.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.  


 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009