ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 9 fevral

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

9 fevral 

 

Azərbaycan

 

9 fevral 1924 - Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaranıb. Naxçıvanın muxtariyyəti hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində “Araz Türk Cümhuriyyəti” adı ilə yaranmışdı.

Sovetləşmədən sonra, 1921-ci ilin Moskva və Qars müqavilələri bölgənin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsbit etdi. 1923-cü ildə Naxçıvan Muxtar Diyarı adlanıb, Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlanıb.

1990-cı ilin 17 noyabrından Naxçıvan Muxtar Respublikası adlanır. Ərazisi (5,5 min kv. km) Naxçıvan şəhəri və 7 rayondan (Babək, Kəngərli, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.

 

9 fevral 1925 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (1925-2004) anadan olub.

9 fevral 1936 - Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936-2001) anadan olub.

 

9 fevral 1942 – Yazıçı-publisist, filologiya elmləri doktoru Fazil Şamil oğlu Rəhmanzadə аnаdаn оlub. “Əsrə bərabər gecə” kitabının müəllifidir.

 

Dünya

 

9 fevral 1441 - Məşhur özbək şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvai (Nizaməddin Mir Əlişir oğlu Nəvai; 1441 - 3.1.1501) Heratda doğulub.

Nizami Gəncəvinin “Xəmsə”sindən təsirlənərək eyniadlı əsərlər toplusu (beşlik) yaradıb.

* * *

9 fevral 1783 - Rus şairi, ədəbiyyatşünas Vasili Andreyeviç Jukovski (1783-1852) anadan olub.

 

9 fevral 1846 - Alman ixtiraçısı, konstruktor Vilhelm Maybax (August Wilhelm Maybach, 1846-1929) anadan olub. İlk motosiklin, Qotlib Daymlerlə birlikdə ilk “Mersedes” avtomobilinin konstruktoru olub.

 

9 fevral 1874 - Alman əsilli məşhur rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Emileviç Meyerhold (Karl Kasimir Theodor Meyergold; 1874-1940) anadan olub. Stalin reperssiyasının qurbanı olub.

 

9 fevral 1881 - Böyük rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 - 1881) vəfat edib.

“Alçaldılmış və təhqir olunmuşlar”, “Ölülər evindən qeydlər”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” romanlarının müəllifidir.

* * *

 

9 fevral 1885 - Avstriya bəstəkarı, ekspressionizmin məşhur nümayəndəsi Alban Berq (Alban Berg, 1885-1935) anadan olub.

 

9 fevral 1915 - Rus kinoaktyoru, SSRİ Xalq artisti Boris Fyodoroviç Andreyev (1915-1982) anadan olub.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.  

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009