ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 14 fevral

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

14 fevral  

 

Azərbaycan

 

14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri günüdür. 1992-ci il fevralın 14-də Azərbaycan Ordusunda Hərbi Hava Qüvvələrinin ilk bölməsi formalaşıb. Hərbi Hava Qüvvələri günü Prezident Əbülfəz Elçibəyin 14 sentyabr 1992-ci il tarixli fərmanı ilə təsis olunub.

 

14 fevral 1925 - Xalq artisti, dirijor Nazim Əsədulla oğlu Rzayev (14.02.1925) anadan olub.

14 fevral 1940 - Azərbaycan Dövlət Televiziyasının ilk diktorlarından olan Tamara Cəfər qızı Gözəlova-Ağamirova anadan olub.

 

14 fevral 1945 - Nasir, publisist İntiqam Alı oğlu Mehdizadə İsmayıllı şəhərində doğulub. Uzun müddət Azərbaycan televiziyasında işləyib. Hazırda Mədəniyyət və İncəsənət Universitetində çalışır.

 

14 fevral 1956 - Azərbaycan televiziyasının yarandığı gündür. Həmin gün Bakı televiziya studiyası yayıma başlayıb.

Telestudiya əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırıldı.

70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ildən 24 saatlıq fasiləsiz yayıma keçib.

 

14 fevral 1980 - Görkəmli aktyor, rejissor, Xalq artisti Rza Təhmasib (20.4.1894, Naxçıvan - 1980) vəfat edib.

“Qanun naminə” (Qaloş), “Bakıda küləklər əsir” (Şahmar bəy) və s. filmlərdə yaddaqalan obrazlar yaradıbş.

“Onu bağışlamaq olarmı?”, “Bakının işıqları” və s. filmlərə quruluş verib.

 

Dünya

 

14 fevral 1483 - Özbək şairi və yazıçısı, dövlət xadimi, Böyük Moğollar dövlətinin qurucusu Zahirəddin Məhəmməd Babur (1483-1530) anadan olub.

Əmir Teymurun nəslindəndir, tarixi janrda ilk ədəbi nümunələrdən olan “Baburnamə”nin müəllifidir.

* * *

14 fevral 1813 - Rus bəstəkarı Aleksandr Sergeyeviç Darqomıjski (1813-1869) anadan olub.

 

14 fevral 1855 - Rus yazıçısı, şair, ədəbiyyatşünas Vsevolod Mixayloviç Qarşin (1855-1888) anadan olub.

 

14 fevral 1908 - Məşhur rus arxeoloqu, şərqşünas, Cənubi Qafqaz tarixinin tədqiqatçısı Boris Borisoviç Piotrovski (1908-1990) anadan olub. Uzun illər Dövlət Ermitajına (Sankt-Peterburq) rəhbərlik edib.

 

14 fevral 1914 - İtalyan kinorejissoru, ssenarist Pyetro Cermi (Pietro Germi, 1914-1974) anadan olub. Kinoda neorealizmin tanınmış simasıdır, “İtalyansayağı boşanma” filminə görə “Oskar” mükafatı (1963) alıb.

14 fevral 1936 - Məşhur polyak-sovet estrada müğənnisi, bəstəkar Anna German (1936-1982) Özbəkistanın Urgenc şəhərində doğulub, 1945-ci ildə ailəsi Polşaya köçüb.

14 fevral 1944 - İngilis rejissoru və ssenaristi Alan Parker (Alan William Parker) anadan olub. “Gecəyarısı ekspessi”, “Mələk ürəyi” filmlərini çəkib, dəfələrlə Kann kinofestivalının qalibi olub.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.



 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009