ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 15 fevral

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

15 fevral

  

Azərbaycan

 

15 fevral 1886 - Maarifçi, pedaqoq Cavad Nəcəf oğlu Cuvarlı (Cuvarlinski, 1886-1963) anadan olub.

15 fevral 1909 - Əməkdar incəsənət xadimi, aktrisa Xədicə Bahəddin qızı Qazıyeva (1909-7.6.1991) Kazan şəhərində doğulub. 1926-cı ildə Azərbaycana gəlib, teatrda 200-dək rol oynayıb.

 

15 fevral 1933 - Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (1933-200?) Borçalı bölgəsinin Qasımlı kəndində doğulub.

1956-cı ildən Akademik Milli Dram Teatrında çalışıb.

"Onu bağışlamaq olarmı?" (1959, leytenant Rəsulov), “Qırmızı qar” (1998) filmlərində, “Göz həkimi” (1985) televiziya tamaçasında çəkilib.

* * *

 

15 fevral 1946 - Xalq artisti Əliabbas Gülabbas oğlu Qədirov (1946-8.3.2006) anadan olub.

1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb, bir müddət (2002-2006) teatra rəhbərlik edib.

Kinoda yaddaqalan obrazlar (“Qızıl uçurum” - Cəlil, “Nəğmə dərsi” (“Ömrün səhifələri” – Ata), “Küçələrə su səpmişəm” – Çərkəz və s.) yaradıb, Dövlət mükafatına (“Sevinc buxtası” - Nazim, 1978) layiq görülüb.

* * *

 

15 fevral 2005 - Xalq artisti Xuraman Hacıyeva (7.3.1945 - 2005) vəfat edib. 1965-ci ildə "Arşın mal alan" filmində Asya roluna çəkilməklə məşhurlaşıb. Uzun illər Gənc Tamaşaçılar Teatrında, bir müddət Naxçıvan Musiqili Dram Teatrında çalışıb.

 

Dünya

 

15 fevral 1564 - Məşhur italyan fiziki, astronom, riyaziyyatçı və filosof Qalileo Qaliley (Galileo Galilei, 1564-8.1.1642) anadan olub.

 

15 fevral 1748 - İngilis filosofu, iqtisadçı və hüquq nəzəriyyəçisi, utilitarzmin banisi İeremi Bentam (Jeremy Bentham, 1748-1832) anadan olub.

 

15 fevral 1873 - Rus-Amerika violonçelisti və dirijoru, Nyu-York rus simfonik orkestrinin qurucusu Modest İssakoviç Altşuler (1873-1963) anadan olub.

15 fevral 1882 - Amerika aktyoru, səssiz kinonun ulduzlarından biri Con Berrimor (John Barrymore - əsl adı John Sidney Blyth; 1882-1942) anadan olub.

15 fevral 1906 - Məşhur tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906 - 25.8.1944) anadan olub.

Böyük Vətən müharibəsində yaralanaraq almanlara əsir düşüb (1942), Berlində Moabit hərbi həbsxanasında öldürülüb.

Onun belçikalı kamera yoldaşına verdiyi şeirləri sonradan «Moabit dəftəri» adı altında çap edilib.

* * *

15 fevral 1914 - Qazaxıstan milli kinosunun ilk rejissorlarından biri, SSRİ Xalq artisti Şaken Aymanov (1914-1970) anadan olub.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009