ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 17 fevral

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

17 fevral

 

Azərbaycan

 

17 fevral 1920 - Dilçi-filoloq, professor Əlövsət Zakir oğlu Abdullayev (1920-1993) anadan olub.

 

17 fevral 1926 - Xalq artisti Sofiya Həsən qızı Hüseynova anadan olub.

 

17 fevral 1934 – Yazıçı, dramaturq, tanınmış jurnalist Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyеv; 1934-1986) Ucar rayonunda anadan olub.

Əslən Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindəndir.

“Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “İnsan yaşayır” povestləri, "Məhəbbət novellası", “Qızıl zəncir”, “Kiçik torpaqda üç gün”, “Sevinc”, “Yol ayrıcında” pyeslərinin müəllifidir.

 

17 fevral 1947 – Aktyor Əlvida Məhərrəm oğlu Cəfərov Cəbrayıl rayonunun Qaracallı kəndində doğulub. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır.

 

17 fevral 1958 - Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (1893-1958) vəfat edib.

Milliyyətcə Krım türküdür, Yaltanın Dərəgöy kəndində doğulub, Krım Muxtar Respublikasının Xalq artisti olub.

1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. "Kəndlilər", "Səbuhi", "Bəxtiyar" və başqa filmlərdə epizodik rollar oynayıb.

* * *

17 fevral 1992 - Erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə erməni qüvvələrinin hücumlarına məruz qalmışdı. İşğal nəticəsində kənddə 70 nəfər (o cümlədən 18 qadın və uşaq) öldürülüb.

 

Dünya

 

17 fevral 1600 - Görkəmli italyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno, 1548-1600) inkvizisiyanın qərarı ilə edam edilib (tonqalda yandırılıb).

* * *

* * *

17 fevral 1853 - Çex şairi və dramaturqu Yaroslav Vrxliski (Jaroslav Vrchlicky - əsl adı Emil Frida, 1853-1912) anadan olub.

17 fevral 1906 - Rus-sovet yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin, kinofilm ssenarilərinin müəllifi Aqniya Lvovna Barto (1906-1981) anadan olub.

 

17 fevral 1954 - Amerika aktrisası Rene Russo anadan olub. Filməri: “Epidemiya” (Robbi Keot), “Dəmir kubok”, “Böyük narahatlıqlar” və s.

 

17 fevral 1981 - Məşhur Amerika fotomodeli və aktrisası Paris Hilton (Peris Uitni Hilton) anadan olub.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.   



 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009