ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 18 fevral

  Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

18 fevral

 

 Azərbaycan

 

18 fevral 1201 - Dünya şöhrətli azərbaycanlı alim, riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi (1201 - 23.6.1274) Həmədan şəhərində anadan olub (bəzi mənbələrdə Tusinin təvəllüdü 16 və 17 fevral göstərilir).

Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər təkcə Şərqin deyil, dünyanın mötəbər elm (astronomiya) mərkəzlərindən biri olub.

* * *

18 fevral 1895 - Azərbaycanın məşhur qəzəlxan şairi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov, 1894-1.10.1965) Bakının Masazır kəndində anadan olub.

18 fevral 1925 - Tanınmış jurnalist və ictimai xadim Hacı Hacıyev (1924-2008) anadan olub. Uzun müddət Azərbaycan Jurnalistlər Birliyinə rəhbərilik edib, bədii tərcümə (rus dilindən) ilə məşğul olub.

18 fevral 1929 - SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycan SSR ərazilərinin bir qismi - Naxçıvan Muxtar Respublikasından 657 kv. km ərazi - Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, eləcə də Qazax rayonunun 4400 hektarıq meşə sahəsi Ermənistan SSR-ə verilib.

18 fevral 1931 – Xalq şairi, dramaturq Nəriman Əliməmməd oğlu Həsənzadə Qazax rayonunun Poylu qəsəbəsində doğulub.

Ədib çoxsaylı poetik topluları (“Cavid", "Nizami", “Nuru Paşa” poemaları), dram əsərləri (“Pompeyin Qafqaza” yürüşü”, "Atabəylər" ) ilə müasir Azərbaycan ədəbiyyatına böyük töhfələr verib.  

"Şərəf" ordeni ilə (2011) təltif edilib.

 

18 fevral 1947 - Tanınmış fırça ustası, Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 - 30.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi, bir çox beynəlxalq sərgilərin iştirakçısı olmuşdu.

18 fevral 2009 - “Bakı İslam mədəniyyətinin paytaxtı - 2009” tədbirlərinin təntənəli açılış mərasimi keçirilib. Bakı şəhəri İslam Konfransı Təşkilatına üzv ölkələrin elm, təhsil və mədəniyyət qurumu olan İSESCO-nun qərarı ilə (noyabr 2007) 2009-cu il üzrə İslam mədəniyyəti paytaxtlı elan olunub. İl ərzində Azərbaycan paytaxtı bir çox beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirlərinə ev sahibliyi etdi.

 

Dünya

 

18 fevral 1404 - İtalyan alimi, yazıçı, arxitektor Leon Battista Alberti (Leone Battista Alberti, 1404-1472) anadan olub.

18 fevral 1564 - Böyük italyan rəssamı, heykəltəraş, memar, şair, Avropa İntibah dövrünün görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Francesci di Neri di Miniato del Sera i Lodovico di Leonardo di Buonarroti Simoni, 6.3.1475 - 1564) vəfat edib.

* * *

* * *

18 fevral 1718 - Danimarka yazıçısı və rəssamı Seren Abildqaard (Sören Abildgaard, 1718-1791) anadan olub.

18 fevral 1780 - Rus rəssamı, məişət boyakarlığı janrının banilərindən biri Aleksey Venesianov (1780-1847) anadan olub.

18 fevral 1836 - Hind filosofu və dini lideri, induizmin islahatçısı Ramakrişna (Şri Ramakrişna Paramaxamsa, 1836-1886) anadan olub.

 

18 fevral 1838 - Avstriya filosofu və fiziki, pozitivizmin tanınmış nümayəndəsi Ernst Max (Ernst Mach, 1838-1916) anadan olub.

18 fevral 1898 - Məşhur italyan konstruktoru və iş adamı, “Ferrari” avtomobil şirkətinin qurucusu Enso Ferrari (Enzo Anselmo Ferrari, 1898-1988) anadan olub.

 

18 fevral 1932 - Çex əsilli məşhur Amerika kinorejissoru və ssenaristi Miloş Forman (Milosh Forman - Jan Tomash Forman) anadan olub.

Rejissorun “Qu quşunun yuvası üzərində uçuş” filmi (1975) 5 “Oskar”a, “Amadey” filmi isə (1984) 8 “Oskar” mükafatına layiq görülüb.

* * *

18 fevral 1933 - Yapon əsilli Amerika musiqiçisi və rəssamı, əfsanəvi “Beatles” qrupunun lideri Con Lennonun həyat yoldaşı Yoko Ono anadan olub.

18 fevral 1934 – Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm” filmində (1981) Rüstəm rolunda çəkilib.

 

18 fevral 1954 - Məşhur Amerika kinoaktyoru Con Travolta (John Joseph Travolta) anadan olub. Filmləri: «Şənbə axşamının həyəcanı», «Kriminal qiraət», «Sifətsiz», «Əsas rənglər» və s.

* * *

 

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.   



 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009