ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 22 fevral

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

22 fevral

 

Azərbaycan

 

22 fevral Azərbaycanda avtomobil yol işçilərinin peşə bayramı günüdür. Prezident İlham Əliyevin 20 fevral 2008-ci il tarixli fərmanı ilə qeyd olunur.

 

22 (köhnə təqvimlə 10) fevral 1869 - Böyük yazıçı, jurnalist Cəlil Məmmədquluzadə (1869 - 4.1.1932) Naxçıvanda doğulub.

Realist hekayələri ("Poçt qutusu", “Usta Zeynal”, “Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”), məşhur "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib.

Yazıçı-dramaturqun 1906-1932-ci illərdə (müəyyən fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

* * *

 

22 fevral 1898 - Ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898 - 29.3.1976) anadan olub.

22 fevral 1908 - Şair, yazıçı Əkbər Ruhi (1908-1980) anadan olub.

22 fevral 1917 - Yazıçı-dramaturq, publisist Yusif Əhmədulla oğlu Əzimzadə (1917-1984) anadan olub. “Çiçəklər səltənəti”, “Anacan”, “Nəsrəddin”, “Aprel səhəri” və s. pyeslərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.

22 fevral 1924 - Görkəmli bəstəkar, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov (1924 - 21.1.2000) Şuşada doğulub.

«Ulduz», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Milyonçunun dilənçi oğlu», «Həmişəxanım» operettalarının, «Bahadır və Sona», «Solğun çiçəklər» operalarının müəllifidir.

* * *

22 fevral 1939 - Yazıçı-publisist Yusif Yaqub oğlu Əhmədov anadan olub. “Ruhların qayıtması”, “Səninlə sənsiz”, “Ürək bağışlamır” və s. kitabların müəllifidir.

 

Dünya

 

22 fevral 1788 - Görkəmli alman filosofu, irrasionalizmin banilərindən biri Artur Şopenhauer (Arthur Schopenhauer; 1788-1860) anadan olub.

22 fevral 1810 - Dünya şöhrətli polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin; 1810-17.10.1849) anadan olub.

Bəzi mənbələrdə bəstəkarın doğum tarixi 2 mart göstərilir.

* * *

22 fevral 1900 - İspan rejissoru, kinematoqrafiyada sürrealizmin tanınmış nümayəndəsi Luis Bunuel (Luis Bunuel Portoles, 1900-1983) anadan olub.

22 fevral 1921 - İtalyan aktrisası Cülyetta Mazina (Giulietta Masina, 1921-1994) anadan olub. Məşhur kinorejissor Federiko Fellininin həyat yoldaşı olub, tamaşaçılara daha çox “Kabiriya gecələri” filmindən tanışdır.

 

22 fevral 1950 - Fransız aktrisası Miu-Miu (əsl adı Silvet Erri - Sylvette Herry Silğvet Arri) anadan olub.

 

22 fevral 1959 - Tanınmış Hollivud aktyoru Kayl Maklaxlen (Kyle Merritt MacLachlan) anadan olub.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik. 

 

 

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009