ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 24 fevral

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

24 fevral

 

 Azərbaycan

 

24 fevral 1864 - Görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə 1864-17.03.1940) Salyanda doğulub.

Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda «Həyat», «Kaspi» qəzetinin, «Füyuzat» jurnalının redaktoru olub.

1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib.

Ə.Hüseynzadənin əsərlərində təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.

24 fevral 1881 - Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə, 1881-24.7.1959) anadan olub.

Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib.

«Uşaq çeşməyi», «Gülzar», «Milli qiraət kitabı» və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.

24 fevral 1886 - Xalq qəhrəmanı Abbasqulu bəy Xanbala oğlu Şadlinski (1886- 1930) Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) Vedi kəndində doğulub. 1918-ci ildə Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və s. ərazilərdə daşnak-erməni quldur dəstələrinə qarşı könüllü xalq birləşməsinə (sovetləşmədən sonra “Qırmızı tabor” adlandırılıb) rəhbərlik edib. Naxçıvanda, Ermənistanda sovet hakimiyyətinin bərqərar olması uğrunda mübarizə aparıb. Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışıb. Yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanı və roman əsasında çəkilən “Axırıncı aşırım” filmi Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir.

 

24 fevral 1921 - Xalq rəssamı, tanınmış boyakar və qrafik Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə anadan olub.

24 fevral 1928 - Coğrafiyaşünas alim, akademik Budaq Budaqov anadan olub. Landşaftşünaslıq, toponimika və s. sahələr üzrə tədqiqatlar aparıb, elmi kadrların hazırlanmasında böyük xidməti var.

24 fevral 1934 - Tanınmış rəssam Cəmil Mir Yusif oğlu Müfidzadə anadan olub.

 

24 fevral 1934 – Tanınmış aktyor Bahadur Əliyev (1934 -2002) Masallı rayonunun Sığıncaq kəndində anadan olub.

“Ulduz” filmində kolxoz sədri Qədir rolu ilə geniş tanınıb.

“Böyük dayaq” (komsomolçu), “Axırıncı aşırım” (Eyvaz), “Babək” (Divdad), “Dərviş Parisi partladır” (bəy) və s. filmlərdə çəkilib.

Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

 

24 fevral 1994 - Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edib. Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi əksini tapmışdı.

 

Dünya

 

24 fevral 1463 - İntibah dövrünün italyan mütəfəkkiri Covanni Piko della Mirandolla (Giovanni Pico della Mirandola, 1463-1494) anadan olub.

24 fevral 1786 - Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm (1786-1859) anadan olub.

Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu hazırlayıblar.

* * *

24 fevral 1848 - Fransız yazıçısı və ədəbiyyatşünası Ejen Melxior de Voqyue (Eugene-Melchior de Vogüe, 1848-1910) anadan olub.

24 fevral 1895 - Rus-sovet yazıçısı Vsevolod Vyaçeslavoviç İvanov (1895-1963) anadan olub.

24 fevral 1900 - Rus aktyoru, SSRİ Xalq artisti Maksim Maksimoviç Ştraux (1900-1974) anadan olub. Bir çox filmlərdə V.Leninin rolunun əvəzsiz ifaçısı kimi tanınıb.

 

24 fevral 1906 - Sovet kinorejissoru, Rusiyanın Xalq artisti Aleksandr Rou (1906- 1973) anadan olub. Məşhur nağıl filmlərinə (“Ölməz Kaşşey”, “Büllur başmaq” və s.) quruluş verib.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009