ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 26 fevral

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

26 fevral

 

Azərbaycan

 

26 fevral 1926 - Bakıda I Beynəlxalq türkologiya qurultayı açılıb. Türk xalqları tarixində mühüm mədəni hadisə olan qurultay martın 6-dək davam edib.

26 fevral 1935 - İctimai-siyasi xadim Artur Rasizadə Gəncə şəhərində anadan olub. 1980-ci illərdə Azərbaycan SSR-də rəhbər vəzifələrdə təmsil olunub. 1996-cı ildə Azərbaycan Respublikasının baş naziri təyin olunub. Dövlət qulluğunda xidmətlətinə görə “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif olunub.

 

26 fevral 1939 - Nasir, publisist Svetlana Rəhim qızı İsmayılova anadan olub.

 

26 fevral 1992 - Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsində tarixin ən dəhşətli qətliamlarından biri baş verib.

Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının erməni zabitlərinin rəhbərliyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum ediblər.

Xocalıda həyata keçirilən soyqırımında 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. Xocalı qətliamı bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sırada dayanır.

 

Dünya

 

26 fevral 1564 - İngilis şairi və dramaturqu Kristofer Marlo (Christopher Marlowe, 1564-1593) anadan olub.

26 fevral 1759 - Alman filosofu, ədəbiyyatşünas, iqtisadçı Lüdviq Henrix fon Yakob (Ludwig Heinrich von Jakob, 1759-1827) anadan olub.

26 fevral 1802 - Böyük fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo, 1802 - 22.5.1885) anadan olub.

Fransız romantizminin banisi, «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi» və s. romanların müəllifidir.

* * *

* * *

26 fevral 1892 - Məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç (1892 - 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub.

1925-ci ildə ailəsi ilə Bakıya köçüb, Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərib.

Azərbaycanda professional violonçel məktəbinin, ilk simli kvartetin yaradıcılarından biri olub.

Oğlu, dünya şöhrətli violonçelist Mstislav Rostropoviç Bakıda doğulub (1927).

1942-ci ildə Rostropoviçlər ailəsi Orenburq şəhərinə köçüb və L.Rostropoviç orada vəfat edib.

26 fevral 1931 - Məşhur isveçrəli dilçi alim, psixoloq, esperanto mütəxəssisi Klod Piron (1931-2008) anadan olub.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik. 



 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009