ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 1 aprel

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

1 aprel

 

Azərbaycan

 

1 aprel 1916 – Tanınmış şair Ənvər Əliverdi oğlu Əlibəyli (1916 - 7.5.1968) anadan olub. “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq körpüsü”, “Elə xoşbəxtəm ki!” və s. kitabların müəllifidir. Şeirlərinə mahnılar (o cümlədən Rauf Hacıyevin yazdığı və Rəşid Behbudovun ifasında dillər əzbəri olan “Azərbaycan” mahnısı) bəstələnib. Radio və Televiziya Verilişləri Komitəsinin sədri (1964-1968) işləyib.

 

1 aprel 1937 - Əməkdar mədəniyyət işçisi, şair Ayaz Vəfalı (Ayaz Rza oğlu Cəfərov) Cəlilabad) rayonunun Sabirabad kəndində аnаdаn оlub. “İllər və nəsillər”, “Turacın mahnısı”, “Özü oda yana-yana”və s. kitabların müəllifidir.

 

1 aprel 1953 - Yazıçı və jurnalist Aqil Abbas (Aqil Məhəmməd oğlu Abbasov) Ağcabədi rayonunun Kolanı kəndində doğulub. Əsərləri: “Batmanqılınc”, “Qiyamət gecəsi”, “Dolu” və s. 2005-ci ildən Milli Məclisin deputatıdır.

1 aprel 1954 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 5.1.1884, Şuşa - 1954) vəfat edib. Milli teatrımızda azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda (o cümlədən "Leyli və Məcnun"da Leyli) qadın rollarını oynayıb. Pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib. 

 

1 aprel 1981 – Xalq şairi, ictimai xadim Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 19.5.1910, Göyçay – 1981) vəfat edib. Əsərləri: “Qız qalası”, “Lenin”, "Qızıl gül olmayaydı", "Bir gün də insan ömrüdür" (poema), «Rənglər» (şeirlər silsiləsi), “Vəfa”, “Görüş” (pyes), "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər" , "Üzü küləyə" kitabları və s. N.Gəncəvinin «Xosrov və Şirin» poemasını, rus (A.Puşkin, M.Lermontov, N.Nekrasov, V.Mayakovski) və Avropa şairlərinin (C.Bayron, H.Heyne və s.) əsərlərini dilimizə tərcümə edib. Respublika Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1945-1948) olub. SSRİ-nin ali təltifi olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

 

Dünya

 

1 aprel bir sıra ölkələrdə “gülüş və zarafat günü” kimi qeyd olunur. Avropada XVI əsrdən qeyd olunmağa başlayıb. 1564-cü ildə Fransada IX Karl yeni təqvim ilinin ənənəvi olaraq qeyd edilən 1 apreldən 1 yanvara keçirilməsi barədə fərman vermişdi. Buna rəğmən uzun illər insanlar zarafatla 1 apreli “yeni il bayramı” kimi qeyd ediblər. Sonradan bu tarix yalançı (aldatma) günü kimi ənənə halını alıb.
 

1 aprel 1809 - Görkəmli rus yazıçısı, dramaturq, publisist Nikolay Vasilyeviç Qoqol (Yanovski); 1809 - 4.3.1852) anadan olub. “Ölü canlar” romanı, “Müfəttiş”, “Evlənmə” pyesləri, “Şinel”, “Taras Bulba” povestləri və s. əsərlərin müəllifidir.

1 aprel 1866 - İtalyan bəstəkarı, yazıçı və pedaqoq Ferruçço Buzoni (Dante Michelangelo Benvenuto Ferruccio Busoni, 1866-1924) anadan olub.

1 aprel 1873 - Məşhur rus bəstəkarı, pianoçu Sergey Vasilyeviç Raxmaninov (1873-1943) anadan olub. 1917-ci ildə Amerikaya mühacirət edib.

 

1 aprel 1921 - Fransanın kommunist təmayüllü tanınmış yazıçısı Andre Stil (1921- 2004) anadan olub.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009