“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.06.2013, 09:59
1767

16 iyun

A- A+

16 iyun 1888 - Azərbaycanın ilk Xalq artisti, aktyor, teatr xadimi Hacıağa Abbasov Bakının Maştağa kəndində doğulub...

Azərbaycan

 

16 iyun 1888 - Xalq artisti, aktyor Hacıağa Abbasov (1888-1975) Bakının Maştağa kəndində doğulub. H.Abbasovun səhnə fəaliyyətinin mühüm hissəsi 1921-ci il özünün yaratdığı və rəhbərlik etdiyi Tənqid-Təbliğ Teatrı ilə bağlıdır. 1927-1929-cu illərdə Akademik Milli Dram Teatrına, 1929-1937-cu illərdə Bakı Teatr Texnikumuna rəhbərlik edib. “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Əsgər oğluma”, “Sabirin məhkəməsi” və s. pyeslərin müəllifidir. 1932-ci ildə Azərbaycanın ilk Xalq artisti adına layiq görülüb.

 

16 iyun 1939 - Şair, ədəbiyyatşünas, filosof, ictimai xadim Rəfiq Zəka Xəndan (1939 – 7.1.1999) anadan olub. "Çağlayan" adlı ilk şeir kitabı 1962-ci ildə nəşr olunub. “Baharın heykəli”, “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir.  "Axırı yaxşı olar", "Mənim əziz vəhşiciyim" musiqili komediyalarının mətnini yazıb. Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm xidmətlər göstərib.

 

Dünya

 

16 iyun 1313 - İntibah dövrünün görkəmli italyan yazıçısı, şair Covanni Bokkaçço (Giovanni Boccaccio; 1313-1375) anadan olub. Təxminən 100 povest və hekayədən ibarət məşhur «Dekameron» əsərinin müəllifi kimi dünya şöhrəti qazanıb.

 

16 iyun 1754 – Məşhur başqırd şairi Salavat Yulayev (1754-1800) anadan olub. Ədəbi yaradıcılığı ilə yanaşı, rus üsyançısı Yemelyan Puqaçovun silahdaşlarından biri kimi tarixə düşüb.

 

16 iyun 1871 — Rus filosofu, yazıçı, publisist Sergey Nikolayeviç Bulqakov (1871-1944) anadan olub. “Təsərrüfatın fəlsəfəsi”, “Adın fəlsəfəsi” və s. əsərlərin müəllifidir.

 

16 iyun 1937 - Amerika yazıçısı, ssenarist və dramaturq Erik Siqal (Erich Wolf Segal; 1937-2010) anadan olub. Ən məhşur əsəri olan “Məhəbbət tarixçəsi” povesti 20-dən çox dilə tərcümə olunub, povest əsasında eyniadlı film çəkilib.

 

16 iyun 1950 - Məşhur hind kinoaktyoru Mithun Çakroborti (Mithun Chakraborty) anadan olub. 1982-ci ildə ekranlara çıxan “Disko rəqqası” filmi (Cimi) ilə böyük şöhrət qazanıb. “Üç muşketyor kimi, “Oyna, oyna” və s. – ümumilikdə 200-dən çox filmə çəkilib.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi