“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.02.2011, 17:50
371

Mübariz İbrahimov – “2010-cu ilin adamı”

A- A+

Şəhid Milli Qəhrəmanın layiq görüldüyü mükafat ailəsinə təqdim olunub

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən 2001-ci ildə təsis edilmiş “İlin adamı” adına 2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimov layiq görülüb.

Fevralın 10-da keçirilən “İlin adamı” mükafatının təqdimat mərasimində Milli Qəhrəmanın valideynləri, ANS Şirkətlər Qrupunun rəhbərliyi, ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları və ziyalılar iştirak edib.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, M. İbrahimov öz əməli ilə “ölkədə müharibə ab-havası yoxdur” fikrinin doğru olmadığını sübuta yetirib.

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov isə Mübarizin atası olmaqla fəxr etdiyini və oğlunun “İlin adamı” seçildiyinə görə sevindiyini vurğulayıb.

Müdafiə Nazirliyinin tərbiyəvi işlər idarəsinin rəisi, polkovnik Vaqif Məmmədov Azərbaycan ordusunun döyüş hazırlığından, şəxsi heyətin təcrübəsinin artırılması məqsədilə mütəmadi təlimlərin keçirilməsindən danışıb.

Sonda qəhrəmanın atası A. İbrahimova “İlin adamı” mükafatı, xüsusi diplomu və Milli Qəhrəman Çingiz Mustafayev Fondu tərəfindən 4 min manat pul mükafatı təqdim olunub.

APA

Xəbərlər
Redaktorun seçimi