“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
08 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

3 iyul

A+ | A-

3 iyul 1883 - Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka Praqada doğulub...

Azərbaycan

 

3 iyul 1920 - Azərbaycan SSR İnqilab Komitəsi (müvəqqəti hökumət) respublikada kinematoqrafiya müəssisələrinin milliləşdirilməsi haqqında dekret qəbul edib.

 

3 iyul 1940 – Tanınmış pianoçu, Xalq artisti, professor Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (1940-24.5.2012) Bakıda anadan olub. 

 

3 iyul 1963 - Əməkdar incəsənət xadimi Cəmil Elşad oğlu Quliyev Bakıda anadan olub. Filmləri: “Alma almaya bənzər” (aktyor - Kərimov), “Şirbalanın məhəbbəti” (rejissor), “Yarasa” (bədii rəhbər) və s. Azərbaycan Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” kanalının baş direktoru olub. 2013-cü ildən İctimai Televiziya və Radionun rəhbəridir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibidir.

 

Dünya

 

3 iyul 1883 - Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka, 1883 – 3.6.1924) Praqada doğulub. Əsərləri:  “Bir xanımın xülasəsi”, «İtaətkarla söhbət», «Çevrilmə», «Qəsr», «Kənd həkimi», «Qətl» və s.
 

3 iyul 1908 - Fransız yazıçısı və ssenaristi Toma Narsejak (Thomas Narcejac, əsl adı Pierre Robert Ayraud; 1908-1998) anadan olub. Fransız yazıçısı Pyer Bualo (1906-1989) ilə yaradıcılıq tandemində bir çox dedektiv filmlərin ssenarisini (“Şeytanlar”, “Başgicəllənmə” və s.) yazıb.

 

3 iyul 1962 - Amerikalı aktyor, rejissor, Hollivud ulduzu Tom Kruz (Thomas Cruise Mapother) anadan olub. Filmləri: “Riskli biznes”, “Geniş bağlanmış gözlərlə” və s.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1287 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR