“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
08 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

5 iyul

A+ | A-

5 iyul 1851 – Publisist, alim və ictimai xadim İsasultan Nəcəfqulu oğlu Şahtaxtinski İrəvanda anadan olub...

Azərbaycan

 

5 iyul 1851 – Publisist, alim və ictimai xadim İsasultan Nəcəfqulu oğlu Şahtaxtinski (1851-18.10.1894) İrəvanda anadan olub. "Tiflisski vestnik" qəzetində şöbə müdiri, "Kavkazski almanax"ın təsisçisi, naşiri və redaktоru, Türkiyədə "Qars" qəzetinin (rusca) əməkdaşı оlub.

 

5 iyul 2002 – Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan dövlətinin xaricdəki soydaşlarımızla əlaqələrini tənzimləyəcək qurum - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli fərmanı ilə qurum Diaspora ilə İş üzrə Dövlət Komitəsinə çevrilib.

 

Dünya

 

5 iyul 1841- İngilis səyahətçisi və iş adamı Tomas Kuk (Thomas Cook; 1808-1892) ilk turist agentliyini açıb. Dünyada mütəşəkkil turzimin başlanması bu tarixdən hesablanır. Tomas Kukun əsasını qoyduğu müəssisə “Thomas Cook Group” adı altında indi də fəaliyyət göstərir.

 

5 iyul 1812 - İspan yazıçı-dramaturqu Antonio Qarsiya Qutteres (Antonio Garcia Gutierrez; 1812-1884) anadan olub. Dramaturqun “Trubadur” pyesi əsasında italyan bəstəkarı Cüzeppe Verdi eyniadlı opera yazıb.

 

5 iyul 1889 - Fransız yazıçısı, rəssam, rejissor, teatr nəzəriyyəçisi Jan Kokto (Jean Maurice Eugène Clément Cocteau; 1889-1963) anadan olub. Dadaizm və sürrealizm üslubunda şeirlər yazıb. "Əllamə Toma", "Ədəbsiz uşaqlar" romanlarının, antik miflər mövzusunda "Antiqona", "Orfey" pyeslərinin müəllifi, "Orfey" və "Orfeyin vəsiyyəti" filmlərinin rejissorudur.

 

5 iyul 1897 — İsrail musiqi mədəniyyətinin banilərindən biri, bəstəkar, pedaqoq Paul Ben-Haim (Frankenburger; 1897-1984) anadan olub.

 

5 iyul 1901 — SSRİ Xalq artisti, rejissor, aktyor, rəssam, yazıçı Sergey Vladimiroviç Obrazsov (1901-1992) anadan olub. Uzun illər Moskvada Mərkəzi Kukla Teatrına rəhbərlik edib.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1202 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR