“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
08 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

10 iyul

A+ | A-

10 iyul 1930 - Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli Cəbrayıl rayonunda doğulub...

Azərbaycan

 

10 iyul 1835 - Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 1835 - 20.5.1888) Şamaxıda anadan olub. Azərbaycan lirik və satirik poeziyasını zənginləşdirib, “Əkinçi”, “Ziya” qəzetlərində publisistik yazılar yazıb. İlk dəfə olaraq Azərbaycan şairlərinin (200-dən çox) qısa tərcümeyi-halını və əsərlərindən nümunələri kitab şəklində ("Təzkirə") nəşr etdirib.

 

10 iyul 1899 – Şair Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev; 1898-1952) Qərbi Azərbaycanda, Göyçə mahalının Nərimanlı kəndinə anadan olub. Epik-lirik poema səpgili hekayətləri, əruz vəznində yazdığı qəzəlləri, qoşmaları və s. əsərləri ilə Göyçə ədəbi mühitinə yeni hava gətirib.

 

10 iyul 1935 - Nasir, dramaturq, şair Nəriman Hüseyn oğlu Bağırov anadan olub.

 

10 iyul 1937 - Əməkdar incəsənət xadimi, şairə Kəmalə Ağa qızı Ağayeva Naxçıvan şəhərində anadan olub. Şeir kitablarının, 10-dan çox mənzum pyesin müəllifidir:  “Məhsəti”, “ İsmət“, “Apardı sellər Saranı”, “O, bizim dağların oğludur” və s.

 

10 iyul 1930 - Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (1930 - 17.4.2009) Cəbrayıl rayonunda doğulub. "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görüb. Əsərləri bir çox xarici dilllərə tərcümə edilib.

 

10 iyul 1924 - Ədəbiyyatşünas, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924-12.09.1979) anadan olub.

 

10 iyul 1969 - Rəssam Cəbrayıl Əzimov (7.5.1926 - 1969) vəfat edib. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Qızmar günəş altında”, “Görüş”, “Bəxtiyar” (Elbəy Rzaquliyevlə birgə), “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “İnsan məskən salır”, “Qanun naminə” və s. filmlərin quruluşçu rəssamı olub.

 

Dünya

 

10 iyul 1871 - Fransız yazıçısı Marsel Prust (Valentin Louis Georges Eugune Marcel Proust; 1871-1922) anadan olub. “İtirilmiş zamanın axtarışında” adlı silsilə əsərlərin (yeddi roman) müəllifidir.

 

10 iyul 1905 - Rus-sovet yazıçısı, uşaqlar haqqında əsərlərin müəllifi Lev Kassil (1905-1970) anadan olub.

 

10 iyul 1918 – Avstraliya əsilli ingilis yazıçısı Ceyms Oldric (James Aldridge) anadan olub. Əsərləri: “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Diplomat” (romanda 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub), “Sonuncu düym” və s. 

 

10 iyul 1931 – Kanada yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2013) Elis Manro (Alice Ann Munro) anadan olub. Müasir dünya ədəbiyyatının hekayə janrında məşhur nümayəndələrindən sayılır. İngilisdilli ədəbiyyat sahəsində ən nüfuzlu Buker mükafatına (2009) layiq görülüb.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1428 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR