“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
08 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

11 iyul

A+ | A-

11 iyul 2006 - Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov vəfat edib...

Azərbaycan

 

11 iyul 1918 - Şair, yazıçı, maarifçi Abbas Səhhət (Abbasqulu Mehdizadə, 1874-1918) vəfat edib. Bədii yaradıcılıqla yanaşı, Azərbaycan məktəbləri üçün ilk dərsliklərin ("Yeni məktəb", "Türk ədəbiyyatına ilk qədəm") hazırlanmasında iştirak edib, uşaqlar üçün şeir və hekayələr yazıb. İxtisasca həkim olan A.Səhhət bu sahədə də xalqına xidmət göstərib, 1918-ci ildə ermənilərin talan etdiyi Şamaxıda həkimlik borcunu yerinə yetirərkən vəba xəstəliyinə tutularaq vəfat edib.

 

11 iyul 2006 - Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (22.11.1933, Şəki – 2006) vəfat edib. “Tütək səsi”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Park”, “Özgə ömür”, “Ölsəm, bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və s. filmlərin rejissorudur. “Bir cənub şəhərində”, “Onun böyük ürəyi”, “Bizim küçə” və s. filmlərin operatoru olub. 

 

11 iyul 2007 – Tanınmış aktrisa, Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (4.8.1939-2007) vəfat edib. Musiqili Komediya  Teatrında çalışıb. “İyirmialtılar”, “Bir cənub şəhərində”, “Yenilməz batalyon” filmlərdə, televiziya tamaşlarında yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

11 iyul Dünya əhali günüdür (World Population Day). 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayı 5 milyard nəfəri keçib. 1989-cu ildən BMT İnkişaf Proqramının töbsiyəsi ilə qeyd olunur.

 

11 iyul 1934 - Məşhur italyan modelyeri Corco Armani (Giorgio Armani) anadan olub.

 

11 iyul 1952 – Amerika aktyoru Stiven Lenq (Stephen Lang) anadan olub. Ceyms Kameronun “Avatar” filmində Maylz Kuortiç rolu ilə məşhurlaşıb.

 

11 iyul 1960 — Azərbaycanlı əsilli tanınmış İran kinorejissoru və ssenaristi Cəfər Pənahi anadan olub. Filmləri beynəlxalq festivalların qalibidir: “Ağ şar” (Kann kinofestivalı, 1995), “Dairə” ( Venesiya kinofestivalında “Qızıl şir” mükafatı,  2000), “Ofsayd” (Berlin kinofestivalında ikinci yer, 2006). 2010-cu ildə hökumət əleyhinə çıxışlarına görə həbs olunaraq 6 il həbsə məhkum edilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1279 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR