“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
08 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

12 iyul

A+ | A-

12 iyul 1812 - Mütəfəkkir ədib, milli dramaturgiyamızın, realist Azərbaycan nəsrinin banisi Mirzə Fətəli Axundzadə Şəkidə anadan olub...

Azərbaycan

 

12 iyul (köhnə təqvimlə 30 iyun) 1812 - Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə (1812 – 10.3.1878, Tiflis) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanın vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyamızın, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 1873-cü ildə Bakıda ədibin “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi ilə professional Azərbaycan teatrının əsası qoyulub.  

 

12 iyul 1911 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (30.5.1862, Şamaxı - 1911) vəfat edib. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra şeirləri «Hophopnamə» adlı topluda nəşr olunub.

 

12 iyul 1915 - Teatr xadimi, rejissor, Əməkdar incəsənət xadimi Zəfər Paşa oğlu Nemətov (1915-1974) anadan olub. Yaradıcılığının böyük dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlıdır. Burada əvvəlcə aktyor, 1942-1969-cu illərdə quruluşçu rejissor və baş rejissor işləyib. 

 

12 iyul 1940 - Bəstəkar Ruhəngiz Nağı qızı Qasımova anadan olub. Mahnılar, teatr və televiziya tamaşalarına (“Qonşu qonşu olsa...”, “Yollar görüşəndə”  - ssenari və musiqinin müəllifi), filmlərə (“Möcüzələr adası”, “Asif, Vasif, Ağasif”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqilər yazıb.

 

Dünya

 

12 iyul 1813 - Fransız psixoloqu, eksperimental psixologiyanın banisi Klod Bernar (Claude Bernard, 1813-1878) anadan olub.
 

12 iyul 1817 - Amerika yazıçısı və filosofu Henri Devid Toro (Henry David Thoreau, 1817-1862) anadan olub. Əsərləri: “Uolden, və ya meşədə həyat”, “Ali qanunlar” və s.

 

12 iyul 1868 - Alman şairi Ştefan George (Stefan George, 1868-1933) anadan olub.
 

12 iyul 1880 - Amerika aktyoru, rejissoru və ssenaristi Tod (Çarlz Albert) Brouninq (Charles Albert Browning; 1880-1962) anadan olub. Qorxu filmlərinin (“Şeytan kuklası”, “Vampir işarəsi”, “Drakula”, “Dəmir adam” və s.) müəllifidir.

 

12 iyul 1884 - Məşhur italyan rəssamı Amadeo Modilyani (Amedeo Clemente Modigliani 1884-1920) anadan olub. Qadın rəsmlərinin (əsasən nyu janrında) mahir ustası olub.

12 iyul 1904 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1971) laureatı Pablo Neruda (Pablo Neruda - Ricardo Eliezer Neftal Reyes Basoalto, 1904-1973) anadan olub.
 

12 iyul 1908 - Fransız aktyoru Alen Küni (Alain Cuny - Rene Xavier Marie, 1908-1994) anadan olub.
 

12 iyul 1934 - Dünya şöhrətli Amerika pianoçusu Van Klibern (Van Cliburn - Harvey Lavan Cliburn) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1357 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR