“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
08 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

17 iyul

A+ | A-

17 iyul 1953 - Tanınmış aktyor, Xalq artisti Telman Adıgözəlov Balakən rayonunda anadan olub...

Azərbaycan

 

17 iyul 1487 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487-23.5.1524) Ərdəbildə doğulub. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. Dövrünün tanınmış şairi kimi «Xətai» təxəllüsü ilə əsərlər yazıb. 1524-cü il mayın 23-də qəflətən vəfat edib, Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.

 

17 iyul 1926 - Görkəmli pedaqoq, professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki Huseyn Mustafa oğlu Əhmədov Göyçə mahalının Toxluca kəndində anadan olub. Azərbaycan pedaqoji fikir tarixinin tanınmış tədqiqatşısı, "Pedaqogikaya giriş", "Pedaqogika tarixindən mühazirələr", "XIX əsr Azərbaycan məktəbi" və s. kitab və dərsliklərin müəllifidir.

 

17 iyul 1935 - Ədəbiyyatşünas, tərcüməçi Xəlil Həmid oğlu Yusifli anadan olub.

 

17 iyul 1939 – Aktrisa Zemfira Sadıqova anadan olub. “Dəli Kür” (Mələk), “Alma almaya bənzər” (Haşımın arvadı), “Tütək səsi” (Xədicə) “Torpaq. Dəniz. Od. Səma” (Leyla), “Bağ mövsümü (Ağabacı) və s.  filmlərdə maraqlı obrazlar yaradıb.

 

17 iyul 1939 - Etnoqraf, folklorşünas Hikmət Əhməd oğlu Əbdülhəlimov anadan olub. 

 

17 iyul 1945 - Ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Timuçin İlyas oğlu Əfəndiyev anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.

 

17 iyul 1953 - Tanınmış aktyor, Xalq artisti Telman Adıgözəlov (1953- 15.4.2010) Balakən rayonunda anadan olub. Teatr və televiziya (“Evləri köndələn yar”, "Yaşıl eynəkli adam", “Nigarançılıq”, “Yarımştat”) tamaşalarda maraqlı obrazlar yaradıb, “Yol əhvalatı”, "Anlamaq istəyirəm", “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.

 

17 iyul 1958 - Şair, publisist, tərcüməçi Mahir Niyazi oğlu Qarayev anadan olub.

 

17 iyul 2001 - Görkəmli tarixçi alim, şərqşünas, akademik Sara Balabəy qızı Aşurbəyli (27.1.1906 - 2001) vəfat edib. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.

 

Dünya

 

17 iyul 1797 - Fransız rəssamı, tarixi naturalist rəngkarlığın banisi Pol (İppolit) Delaroş (Hippolyte (Paul) Delaroche, 1797- 1856) anadan olub.

 

17 iyul 1846 - Rus alimi, səyyah və etnoqraf Nikolay Nikolayeviç Mikluxo-Maklay (1846-1888) anadan olub. Cənub-şərqi Asiyanın, Avstraliyanın müxtəlif xalqlarının entoqrafiyasını tədqiq edib.

 

17 iyul 1888 - İsrail yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1966) laureatı Samuel (Şmuel) Aqnon (Samuel Josef Agnon; 1888-1970) anadan olub. “Toy talvarı” və “Gecə qonağı” romanlarına görə Nobel mükafatı alıb.

 

17 iyul 1889 - Amerika yazıçısı, detektiv əsərlərin müəllifi Erl Stenli Qardner (Erle Stanley Gardner; 1889-1970) anadan olub. 100-dən artıq romanın (o cümlədən vəkil Perri Meysonun baş qəhrəman olduğu 80-dək əsər) müəllifidir.

 

17 iyul 1935 - Məşhur kanadalı aktyor və prodüsser Donald Sazerlend (Donald McNichol Sutherland) anadan olub. «Epidemiya», «Virus», «Kosmik kovboylar» və s. filmlərdə çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1308 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR