“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
08 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

24 iyul

A+ | A-

24 iyul 1802 - Fransız yazıçısı, məşhur tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma anadan olub...

Azərbaycan

 

Dünya

 

24 iyul 1802 - Fransız yazıçısı, məşhur tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere; 1802 – 5.12.1870) anadan olub. Əsərləri: "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq", “Kraliça Marqo” romanları, “III Henrix və onun sarayı” dramı və s.

 

24 iyul 1803 - Görkəmli fransız bəstəkarı Adolf Adan (Adolphe Charles Adan, 1803-1856) anadan olub. «Jizel» və «Korsar» baletlərinin müəllifidir.

 

24 iyul 1828 - Rus yazıçısı və ədəbiyyatşünası Nikolay Qavriloviç Çernışevski (1828-1889) anadan olub. Əsərləri: “Nə etməli” (romanı), “İncəsənətin gerçəkliyə estetik münasibəti” (kulturoloji tədqiqat) və s.

 

24 iyul 1857 - Danimarka yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1917) laureatı Henrik Pontoppidan (Henrik Pontoppidan; 1857-1943) anadan olub. Əsərləri: “Müqəddəs torpaq”, “Xoşbəxt Pyotr”, “Ölülər çarlığı”.

 

24 iyul 1905 - Rus operatoru və kinorejissoru Vasili Pronin (1905-1966) anadan olub. Filmləri: “Alay oğlu”, “Üç dəniz arxasına səyahət”, “Kazaklar”, “Bizim ev” və s.

 

24 iyul 1931 - İtalyan rejissoru Ermano Olmi anadan olub. Filmləri: “Başmaqlar üçün ağac” (Kann kinofestivalı qalibi, 1978), “Müqəddəs işçi düşkünü haqqında əfsanə” (Venesiya kinofestivalının qalibi, 1988) və s.

 

24 iyul 1969 - İspan əsilli Amerika müğənnisi və aktrisası Cennifer Lopesin doğum günüdür.  

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1281 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR