“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
08 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

25 iyul

A+ | A-

25 iyul 1980 - Məşhur rus bard müğənnisi, şair, bəstəkar, teatr və kino aktyoru Vladimir Vısotski vəfat edib...

Azərbaycan

 

25 iyul 1935 - Nasir, ədəbiyyatşünas Vasif Nəsiboğlu (Əfəndiyev; 1935-1997) anadan olub.

 

25 iyul 1935 - Şair, publisist Məstan Günər (Məstan Rəsul oğlu Əliyev) Tovuz rayonunun anadan olub.

 

Dünya

 

25 iyul 1893 — Rus rəssamı Boris Vladimiroviç İoqanson (1893-1973) anadan olub. Sovet tarixinə dair əsərlərin (“Kommunistlərin istintaqı”, “V.İ.Leninin komsomolun III qurultayında çıxışı” və s.) müəllifidir.

 

25 iyul 1905 – Yəhudi əsilli Avstriya yazıçısı, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı (1981) laureatı Elias Kanetti (1905-1994) Bolqarıstanın Ruse şəhərində anadan olub. F.Kafkanın ənənələrini davam etdirərək ətraf dünyanın absurdluğundan bəhs edən əsərlər yazıb: “Göz qamaşma” romanı (Nobel mükafatı), “Şöhrətpərəstlik komediyası”, “Kütlə və hakimiyyət” və s.

 

25 iyul 1929 - Rus yazıçısı, kinorejissor, aktyor Vasili Makaroviç Şukşin (1929 - 2.10.1974) anadan olub. “Sizə azadlıq verməyə gəlmişəm” romanının (üsyançı Stepan Razindən bəhs edir), hekayələrin müəllifidir. Filmləri: “Belə bir oğlan yaşayır”, “Qəribə adamlar”, “Qırmızı Kalina” (hər üçündə ssenarist, rejissor, sonuncu filmdə həm də baş rolun ifaçısı); “Ağaclar böyük olanda”, “Komissar”, “Onlar Vətən uğrunda vuruşublar” (aktyor).

 

25 iyul 1980 - Məşhur rus bard müğənnisi, şair, bəstəkar, teatr və kino aktyoru Vladimir Semyonoviç Vısotski (25.1.1938 - 1980) vəfat edib. “Kiçik tragediyalar”, “İntervensiya”, “Tayqanın sahibi”, “Çar Pyotr ərəbi necə evləndirdi” filmlərinə çəkilib. “Görüş yerini dəyişmək olmaz” filmində oynadığı Qleb Jeqlov roluna görə 1987-ci ildə SSRİ Dövlət mükafatına (ölümündən sonra) layiq görülüb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1379 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR