“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
13 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

7 dekabr

A+ | A-

7 dekabr 1956 - Məşhur türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin vəfat edib...

Azərbaycan

 

7 dekabr 1918 - Bakıda məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti işə başlayıb. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun müavini seçilib. Parlamentdə 11 fraksiya vardı. Bu, müsəlman Şərqində demokratik əsaslı ilk parlament idi. 

 

7 dekabr 1919 - Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) İstiqlal Muzeyi açılıb. 

 

7 dekabr 2010 - Şair, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ramiz Heydər (Məmmədov; 1933-2010) vəfat edib. Şair 30-dək kitabın, poeziya toplusunun müəllifidir. Neftçilər haqqında silsilə əsərlər yazıb. Şairin sözlərinə bəstələnmiş "Ayrılma məndən", "Toy olsun, bayram olsun", "Əgər sevgi olmasa" və s. mahnılar çox populyardır.

 

Dünya

 

7 dekabr 1598 - Görkəmli italyan memarı və heykəltəraşı, İtaliya barokkosunun məşhur nümayəndəsi Covanni Lorenso Bernini (Giovanni Lorenzo Bernini; 1598 - 1680) anadan olub.
 

7 dekabr 1872 - Niderland filosofu, tarixçi, kulturoloq Yohan Heyzinqa (Johan Huizinga, 1872 - 1945) anadan olub.
 

7 dekabr 1889 - Fransız filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Qabriel-Onore Marsel (Gabriel Honore Marcel, 1889 - 8.10.1973) anadan olub.
 

7 dekabr 1901 - İtalyan aktrisası, səssiz kinonun məşhur simalarından biri Marçella Albaninin (Marcella Albani, 1901 - 1959) doğum günüdür.
 

7 dekabr 1926 – Məşhur aktyor, Rusiyanın Xalq artisti Pyotr Sergeyeviç Velyaminov (1926 - 14.6.2009) anadan olub. Filmləri: “Kölgələr günorta yox olur” (Zaxar Bolşakov), «Əbədi çağırış», «XX əsrin quldurları», «Çelyuskinçilər» və s.

 

7 dekabr 1935 - Tanınmış Meksika musiqiçisi və bəstəkarı Armando Mansanero (Armando Manzanero) anadan olub.
 

7 dekabr 1956 - Məşhur türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (25.11.1889 - 1956) Londonda vəfat edib. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib. Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyənin UNESCO-da təmsilçisi olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 988 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR