“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
09 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

3 aprel

A+ | A-

3 aprel 1908 - Azərbaycanın ilk akademik-filosofu Heydər Hüseynov anadan olub...

Azərbaycan

 

3 aprel 1908 - Azərbaycanın ilk akademik-filosofu Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) İrəvanda doğulub. Azərbaycan fəlsəfi və ədəbi fikir tarixinə dair tədqiqatların müəllifidir. Əsərləri iki dəfə Stalin mükafatına layiq görülsə də, əleyhdarları onu millətçilikdə ittiham edərək əleyhinə kampaniya başladıblar. 1950-ci ilin yayında intihar edib. 

 

3 aprel 1922 – Tanınmış tarixçi və arxeoloq, dünyanın ən qədim insan məskənlərindən olan Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı Məmmədəli Murad oğlu Hüseynov (1922-1994) Qazax rayonunun Molla Cəfərli kəndində anadan olub. 

 

3 aprel 2008 - Tanınmış aktrisa, Əməkdar artist Şəfiqə Qasım qızı Qasımova (5.12.1924 - 2008) vəfat edib. Opera səhnəsində “Arşın mal alan”da Asya, “Sevil”də Gülüş və s. obrazları yaradıb. Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana” (Zeynəb), “Görüş” (pambıqçı qız) və s. filmlərdə çəkilib.

 

Dünya

 

3 aprel 1783 – Məşhur Amerika yazıçısı, tarixçi Vaşinqton İrvinq (Washington İrving, 1783-1859) anadan olub. Qısa hekayələr müəllifi, esseist kimi tanınıb. Görkəmli insanların (o cümlədən Məhəmməd peyğəmbərin) həyatı haqqında tarixi-bioqrafik əsərlər yazıb.

 

3 aprel 1918 - Tanınmış Ukrayna yazıçısı Oles (Aleksandr) Qonçar (1918-1995) anadan olub. “Bayraqdarlar”, “İnsan və tüfəng”, “Tavriya”, “Məhəbbət sahili”, “Qan damlası” və s. romanların müəllifidir.

 

3 aprel 1920 — Rus yazıçısı, ssenarist Yuri Markoviç Naqibin (1920-1994) anadan olub.

 

3 aprel 1924 – Məşhur Amerika aktyoru Marlon Brando (1924-2004) anadan olub. Filmləri: “Limanda” (Terri Marloy, “Oskar” mükafatı, 1954), “Xaç atası” (Don Vito Karleone, “Oskar”, 1972), “Parisdə sonuncu tanqo”, “Apokalipsis bu gün”, “Supermen” və s.

 

3 aprel 1958 - Amerika aktyoru Alek Bolduin (Alexander Rae Baldwin) anadan olub. “Qızıl qlobus” və “Emmi” mükafatları alıb. Filmləri: “Qırmızı Oktyabr” ovu”, “Qaçış”, “Hər şeyə hazır”, “Perl Harbor”.

 

3 aprel 1961 - Amerikalı komediya aktyoru Eddi Mörfi (Edward Regan Murph) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1303 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR