“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
06 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

10 aprel

A+ | A-

10 aprel 1923 – Yazıçı-dramaturq Salam Qədirzadə anadan olub...

Azərbaycan

 

10 aprel 1923 – Yazıçı-dramaturq Salam Qədirzadə (1923 - 16.11.1987) anadan olub. "46 bənövşə", "Nar çiçəyi nağılı", "Sevdasız aylar", "Sən olmasaydın" və s. nəsr əsərlərinin, "Şirinbala bal yağır", "Hardasan, ay subaylıq", "Həmişəxanım" komediyalarının müəllifidir.

 

10 aprel 1941 - Ədəbiyyatşünas alim, nasir Allahverdi İsgəndər oğlu Eminov anadan olub.

 

Dünya

 

10 aprel 1847 - Amerika jurnalisti, naşir Cozef Pulitser (Joseph Pulitzer, 1847-1911) anadan olub. Jurnalistika aləmində məşhur Pulitser mükafatının yaradıcısıdır.

 

10 aprel 1932 – Məşhur Misir və Amerika aktyoru Ömər Şərif (əsl adı Mişel Demetri Şalhub; 1932 - 10.7.2015) İsgəndəriyyə şəhərində doğulub. Filmləri: “Ərəbistanlı Lourens”. “Çingiz xan”, “Makkennanın qızılı”, “On üçüncü döyüşçü”, “Sirli ada” və s. İki dəfə "Qızıl qlobus" mükafatı qazanıb.

 

10 aprel 1937 – Tatar əsilli tanınmış rus şairəsi Bella Axmadulina (1937-2010) anadan olub. “Titrəmə”, “Musiqi dərsləri”, “Çovğun”, “Şam”, “Bağ” və s. poetik topluların müəllifidir. “Belə bir oğlan vardı”, “İdman, idman, idman” filmlərində çəkilib.

 

10 aprel 1951 - Amerikalı kinoaktyor Stiven Siqal (Steven Seagal) anadan olub. Filmləri: “Mühasirədə”, “Məhv etmək əmr olunub”, “Nə ölü, nə diri”, “Əcnəbi” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

baxılıb: 1219 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR