“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
09 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

15 aprel

A+ | A-

15 aprel 1452 - Böyük italyan rəssamı Leonardo da Vinçi Florensiyada doğulub...

Azərbaycan

 

15 aprel 1892 - Nasir, tərcüməçi Əli Səbri (Əli Camal oğlu Qasımov; 1892-19.2.1983) аnаdаn оlub.

 

15 aprel 1905 - Memar Sadiq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin və s. tikililərin layihələşdirilməsində iştirak edib.

 

15 aprel 1907 - Tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1905 - 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. «Koroğlu» operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.

 

15 aprel 1912 - Şair, publisist Əkbər Məftun (Əkbər Qurban oğlu Əkbərov; 1912-14.9.1990) аnаdаn оlub.

 

15 aprel 1928 - Cənubi Azərbaycan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd; 1928-1979) Marağa şəhərində doğulub. 

 

15 aprel 2010 - Tanınmış aktyor, Xalq artisti Telman Adıgözəlov (17.7.1953 - 2010) vəfat edib. Teatr və televiziya (“Evləri köndələn yar”, "Yaşıl eynəkli adam", “Nigarançılıq”, “Yarımştat”) tamaşalarda maraqlı obrazlar yaradıb, “Yol əhvalatı”, "Anlamaq istəyirəm", “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.

 

Dünya

 

15 aprel 1452 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 1452 - 2.5.1519) Florensiyada doğulub. Məşhur rəsm əsərləri: “Mona Liza” (“Cokonda”), “Sonuncu şam” və s.

 

15 aprel 1489 – Məşhur türk memarı, mühəndis Memar Sinan (Sinaneddin Yusif Abdülmennan oğlu; 1489-7.2.1588) Kayseridə doğulub. İstanbuldakı məşhur Süleymaniyə camisinin, Ədirnədə Selimiye camisinin, körpülərin və s. tikililərin müəllifidir.

 

15 aprel 1886 - Məşhur rus şairi Nikolay Stepanoviç Qumilyov (1886-1921) anadan olub.

 

15 aprel 1894 - Amerika alimi Tomas Edison (1847-1931) yeni ixtirasını - kinoproyektoru nümayiş etdirib.

 

15 aprel 1913 — Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (26.4.1886 – 1913) vəfat edib. 2011-ci il TÜRKSOY tərəfindən “Abdulla Tukay ili” elan olunub.

 

15 aprel 1931 – İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2011) Tomas Tranströmer (Tomas Gösta Tranströmer; 1931 – 26.3.2015) anadan olub. 12 şeir və poetik nəsr kitabının müəllifidir. Avropanın ən nüfuzlu poeziya mükafatı olan Petrarka mükafatına (1981) layiq görülüb. 

 

15 aprel 1933 - Rusiya yazıçısı Boris Natanoviç Struqatski anadan olub. Qardaşı Arkadi Struqatski (1925-1991) ilə məşhur fantastik əsərlərin müəllifidir: “Allah olmaq çətindir”, “Bazar ertəsi şənbə günü başlayır”, “Axsaq tale” və s.

 

15 aprel 1939 - Tanınmış italyan aktrisası Klaudiya Kardinale (Claudia Cardinale) anadan olub. Filmləri: “Rokko və onun qardaşları”, “Kartuş”, “Səkkiz yarım”, “Bir dəfə vəhşi Qərbdə”, “İnteryerdə ailə portreti” və s.

 

15 aprel 1949 - Məşhur rus estrada müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçova anadan olub. İfa etdiyi mahnılar 100-dən çox qramplastinka və diskdə (ümumi tirajı 250 milyondan çox) yayılıb.

 

15 aprel 1949 - Tanınmış türk aktyoru Kadir İnanır anadan olub. Əslində 1949-cu ilin avqustunda doğulub, amma doğum şəhadətnaməsində 15 aprel qeyd olunub. Filmləri: “Tatar Ramazan”, “İllərin qisası”, “Bir udum sevgi” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1456 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR