“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
09 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

17 aprel

A+ | A-

17 aprel 1928 – Görkəmli müğənni, SSRİ Xalq artisti Lütfiyar İmanov anadan olub...

Azərbaycan

 

17 aprel 1884 - Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (1884 - 30.9.1950) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük qardaşıdır. "Aşıq Qərib" operasının, "Əlli yaşında cavan" musiqili komediyasının, digər əsərlərin müəllifidir.

 

17 aprel 1899 - Məşhur türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (1899-1976) Gəncədə doğulub. Azərbaycanın sovetləşməsindən sonra Bakı Universitetində təhsilini yarımçıq qoyaraq Türkiyəyə gedib. İstanbul Universitetində çalışıb, Türkiyədə azərbaycanlı diasporunun tanınmış simalarından olub, "Azərbaycan yurd bilgisi" dərgisini nəşr etdirib.

 

17 aprel 1928 – Vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (1928-22.1.2008) Sabirabad rayonunda doğulub. Uzun illər Opera və Balet Teatrında çalışıb, operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.

 

17 aprel 2006 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010) təsdiq olunub. 

 

17 aprel 2015 - Bəstəkar, Xalq artisti, professor Ramiz Aqil oğlu Mirişli (16.4.1934, Naxçıvan  - 2015) vəfat edib. Musiqili komediyalar (“Qaçırılmış qız”, “Gəl, qohum olaq”, "Amerikalı kürəkən" və s.), simfonik əsərlər, yüzlərlə mahnı yazıb. 40-dan çox teatr tamaşasına, “Sahilsiz gecə”, “Qəzəlxan” və s. filmlərə musiqi bəstələyib.

 

Dünya

 

17 aprel 1894 — Rus aktyoru, SSRİ Xalq artisti Boris Vasilyeviç Şukin (1894-1939) anadan olub. Sovet dövlətinin qurucusu Vladimir Leninin obrazının kinofilmlərdə ilk yaradıcısı olub. Moskvada Teatr Məktəbi onun aktyorun adını daşıyır.

 

17 aprel 1897 – Norveç bəstəkarı Harald Severud (Harald Sæverud; 1897-1992), anadan olub. Əsərləri: “Ehtiraslı rondo”, “Etiraz balladası” və s.

 

17 aprel 1918 - Amerika aktyoru, “Oskar” mükafatları laueratı Uilyam (William) Holden (1918-1981) anadan olub. Filmləri: “Sabrina”, “Konslager-17” və s.

 

17 aprel 1923 - İngilis rejissoru, “Oskar” laureatı Lindsey Anderson (Lindsay Gordon Anderson, 1923-1994) anadan olub. Filmləri: “Cümə axşamının uşaqları”, “Bu idman dünyası”, “Ey bəxtəvər” və s.

 

17 aprel 1951 - Argentina-Britaniya aktrisası Oliviya Hassi (Olivia Hussey) Buenos Ayresdə doğulub. “Romeo və Cülyetta, “Nildə ölüm” və s. filmlərdə çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1150 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR