“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
06 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

24 aprel

A+ | A-

24 aprel 1902 – Görkəmli aktyor, SSRİ-nin Xalq artisti İsmayıl Osmanlı Şəkidə anadan olub...

Azərbaycan

 

24 aprel 1866 - Mədəniyyət və maarif xadimi, yazıçı-publisist Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1942) Şamaxıda doğulub. Ana dilində məktəblərin açılmasında, dərsliklər yazılmasında, milli teatrın inkişafında mühüm xidmətləri olub. Tanınmış teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.

 

24 aprel 1872 - Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872-1937) Gürcüstanda, Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olub. "Şərqi-Rus" (1903), "Molla Nəsrəddin" (1906) nəşrlərinin yaradıcılarından olub. Sovet dövründə Gürcüstanda və Azərbaycanda xalq maarifi sahəsində çalışıb, dərsliklərin hazırlanmasında iştirak edib. Stalin repressiyasının qurbanı olub.

 

24 aprel 1902 – Görkəmli aktyor, Azərbaycan və SSRİ-nin Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 - 22.6.1978) Şəkidə anadan olub. Uzun illər Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Rza bəy), "Mən ki gözəl deyildim" (Şərifi), "İyirmialtılar” (Şahbazov), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

24 aprel 1945 – Aktyor, rejissor Elxan Məmməd oğlu Qasımov Naxçıvan şəhərində anadan olub. «Əhməd haradadır?» (Şofer Əhməd), «Axırıncı aşırım» (Vəli) və s. filmlərdə çəkilib. «Qocalar, qocalar», “Köhnə bərə”, “Biz qayıdacağıq” bədii filmlərinə, bir sıra sənədli filmə və “Mozalan” kinojurnalının süjetlərinə quruluş verib.

 

24 aprel 2011 - Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 11.11.1921 - 2011) vəfat edib. Bakıda doğulub, 1938-ci ildə ailəliklə Ərdəbil şəhərinə köçüb, Cənubi Azərbaycanda milli azadlıq hərəkatına qoşulub. Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub. Sonra yenidən Bakıya qayıdıb. 40-a yaxın kitabın müəllifidir: “Yarpaqlar töküləndə”, “Dünənim, bu günüm, sabahım”, “Sinəm Savalan dağıdır” və s.

 

Dünya

 

24 aprel 1815 - İngilis yazıçısı Entoni Trollop (Anthony Trollope, 1815-1882) anadan olub. Əsərləri:  “Barsetşir xronikaları” (6 roman), “Vandeya”, “Riçmond qəsri” və s.

 

24 aprel 1845 — İsveçrə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1919) Karl Fridrix Şpitteler (Carl Friedrich Georg Spitteler; 1845-1924) anadan olub. Alman dilində yazıb. Əsərləri: “Olimpiya baharı” (epik poema), “Prometey və Epimetey”, “Leytenant Konrad”.

 

24 aprel 1905 - Amerika yazıçısı və şairi Robert Penn Uorren (Robert Penn Warren; 1905-1989) anadan olub. “Kralın bütün dəstəsi” romanı (Pulitser mükafatı, 1947) ilə şöhrət qazanıb. Roman 4 dəfə (o cümlədən SSRİ-də - telefilm, 1971) ekranlaşdırılıb. 

 

24 aprel 1934 — Amerika aktrisası və yazıçısı Şirli Makleyn (Shirley MacLaine) anadan olub. Filmləri: “Zərif İrma”, “Dönüş nöqtəsi”, “Zəriflik dili” (Avrora Qrinvey, “Oskar” – 1983) , “Əziz Çariti”, “Polad maqnoliyalar” və s.

 

24 aprel 1942 - Tanınmış Amerika müğənnisi və aktrisası Barbra Streyzand (Barbra Joan Streisand) anadan olub. Filmləri: “Hello, Dolli”, “Gülməli qız” (“Oskar” - ən yaxşı aktrisa, 1968), “Ulduzun doğuluşu” (“Oskar” - ən orijinal mahnı, 1974), “Hər şey Pitin xətrinə”, “İki qəlbin görüşü” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1288 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR