“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
09 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

25 aprel

A+ | A-

25 aprel 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr Çaykovski anadan olub...

Azərbaycan

 

25 aprel 1905 - Tanınmış ədəbiyyatşünas alim, professor, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 - 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. A.Puşkin, L.Tolstoy, V.Hüqo, O.Balzakın əsərlərini (rus dilindən) tərcümə edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.

 

25 aprel 1911 - Əməkdar artist Elmira Axundova (1911 - 26.11.1998) anadan olub. Tamaşa və operettalarda (“Arşın mal alan”da Asya) maraqlı obrazlar yaradıb.

 

25 aprel 1914 - Xalq artisti, aktyor Məmməd İsmayıl oğlu Bürcəliyev (1914-25.11.1994) Şəkidə doğulub. Şəki Teatrında, 1935-ci ildən ömrünün sonunadək Gəncə Dram Teatrında çalışıb, 300-dən çox rol oynayıb, tamaşalara quruluş verib, "Yadigar" pyesinin müəllifidir. “Dəli Kür”, “Gözlə məni”, “Köhnə bərə” və s. flimlərdə çəkilib.

 

25 aprel 1925 - Yazıçı Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 –1994) anadan olub.

 

25 aprel 1957 – Tanınmış aktrisa, Xalq artisti Həmidə Məmməd qızı Ömərova anadan olub. "Qızıl uçurum" (Şəfiqə), "Anlamaq istəyirəm"(Çinarə), "Yol əhvalatı" (Zümrüd), "Qorxma, mən səninləyəm" (Telli), "Nizami" (Afaq),  "Doğma sahillər" (Zivər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Filmlərin dublyajında və səsləndirilməsində fəal iştirak edib. Mədəniyyət və İncəsənət Universitetinin dərs deyir, Amerika kinosuna dair kitabların müəllifidr.

 

25 aprel 1997 - Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına (1954-cü il 19 dekabr tarixli) qoşulub. 1997-ci il aprelin 22-də Milli Məclis ölkəmizin konvensiyaya qoşulması barədə qanun qəbul edib. Qanun prezident tərəfindən imzalandıqdan sonra 25 apreldə dərc olunaraq qüvvəyə minib.

 

Dünya

 

25 aprel 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840-1893) anadan olub. 80-dən çox musiqi əsərinin, o cümlədən 10 operanın (“Yevgeni Onegin”, “Mazepa”, “Orleanlı qız”, “Qaratoxmaq qadın”, “Undina” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), 7 simfoniyanın müəllifidir.

 

25 aprel 1907 - Məşhur rus bəstəkarı, SSRİ Xalq artisti Vasili Pavloviç Solovyov-Sedoy (1907-1979) anadan olub. Sovet dövrünün populyar mahnılarının, kinofilmlərə musiqilərin müəllifidir.

 

25 aprel 1928 - SSRİ Xalq artisti, tanınmış rus aktyoru Yuri Vasilyeviç Yakovlev (1928-30.11.2013) anadan olub. Filmləri: “İdiot” (knyaz Mışkin), “Qusar balladası” (poruçik Rjevski), “Xoş təsadüf və ya həmişə təmizlikdə” (İppolit) , “İvan Vasilyeviç peşəsini dəyişir” (İvan Qroznı) və s.

 

25 aprel 1940 - İtalyan əsilli məşhur Amerika aktyoru Al Paçino (Alfredo James Pacino) anadan olub. Filmləri: “Xaç atası” (Maykl Korleone) , “Qadın ətri” (Frenk Sleyd - “Oskar” mükafatı), “Çapıqlı üz” (Toni Montan) və s.

 

25 aprel 1941 - Fransız kinorejissoru və ssenaristi Bertran Tavernye (Bertrand Tavernier) anadan olub. Filmləri: “Missisipi blyuz”, “Gecəyarısı caz”, “Sen-Poldan olan saatsaz”, “Həyat və başqa heç nə”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1166 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR