“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
28 May 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

XX əsr+

Fərhad Ağazadə (1880-1931)

A+ | A-

Yazıçı-publisist, filoloq Fərhad Məşədi Rəhim oğlu Ağazadə 1880-ci il avqustun 19-da Şuşa şəhərində anadan olub. Şuşa şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə Zaqafqazyia (Qori) Müəllimlər Seminariyasına qəbul olur və 1900-cü ildə oranı bitirir.

1900-1905-ci illərdə əvvəlcə Xaçmazda, sonra da Gorusda (indiki Ermənistan) kənd məktəblərində, 1905-ci ildən isə Bakıdakı rus-Azərbaycan məktəblərində müəllimlik edir.

1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitab tərtib edib çapdan etdirib. F.Ağazadənin ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olub. O, hələ 1906-cı ildən yeni əlifba layihəsi tərtibi ilə fəaliyyətə başlamışdı. Lakin çar Rusiyasının müstəmləkəsi Fərhad bəyin arzularının reallaşmasına imkan vermir.

O, 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin ən fəal yazarlarından biri olub.

1920-ci illərdə Fərhad Ağazadə əlifba islahatı sahəsində fəaliyyətini davam etdirir, yeni türk əlifbası üzrə Azərbaycan komitəsinin üzvü seçilir. Onun "Ərəb əlifbası türk dilinə niyə yaramır?", "Yeni türk əlifbalarının unifikasiyası üzrə materiallar", "Azərbaycanda yeni türk əlifbasının inkişafı və həyata keçirilməsi tarixi", "Yeni türk əlifbasının tarixi" kimi əsərləri xüsusi əhəmiyyətə malikdir. Bunlardan başqa, F.Ağazadənin dilçiliyə aid məqalələri var.

Millətinin müstəqilliyinin istilaçılar tərəfindən məhv edilməsinə və üçrəngli bayrağın enməsinə dözməyən fədakar ziyalı Fərhad Ağazadə ömrünün erkən çağında, 1931-ci ildə dünyasını dəyişir.

 

baxılıb: 1503 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR