“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.06.2013, 10:40
1336

Azərbaycan tarixi günbəgün: 9 iyun

A- A+

9 iyun 1993 - Gəncə hadisələrindən sonra respublikada hakimiyyət böhranı dərinləşib. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib...

 

9 iyun 1488 - Şahdağ ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaş (Səfəvi) qoşunları arasında döyüş olub. Döyüşdə Şirvanşahların qoşunları qalib gəlib, qızılbaşların rəhbəri Şeyx Heydər həlak olub. Bir neçə ildən sonra onun oğlu İsmayıl taxta çıxdı və qüdrətli Azərbaycan Səfəvi dövlətinin əsasını qoydu.

 

9 iyun 1989 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915, Tiflis, - 1989) vəfat edib. Rəşid Behbudov "Arşın mal alan" (1945, Əsgər), "Bəxtiyar" (Bəxtiyar) filmlərində baş rollara çəkilib. Operada (Balaş, "Sevil" - F.Əmirov) çıxış edib. Bakıda Mahnı Teatrını yaradıb, Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib.

 

9 iyun 1992 - Azərbaycan Pakistan İslam Respublikası və Türkmənistanla diplomatik münasibətlər qurub.

 

9 iyun 1993 - Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Gəncə hadisələri ilə iflas etmiş Xalq Cəbhəsi iqtidarı Heydər Əliyevdən qiyamçı polkovnik Surət Hüseynovla danışıqlar aparmağı və böhranı sahmanlamağı xahiş edib.

 

9 iyun 1993 - Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib.

 

9 iyun 1998 - Prezident Heydər Əliyev Qazaxıstanın yeni paytaxtı Astanada türkdilli dövlət başçılarının 5-ci zirvə toplantısında iştirak edib. Sammit Qazaxıstanın yeni paytaxtının beynəlxalq təqdimatına həsr olunmuş təntənələr çərçivəsində keçirilirdi.

 

9 iyun 2007 - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında Sankt-Peterburqda keçirilən danışıqlarda irəliləyiş əldə olunmayıb. Bu, prezidentlər İlham Əliyev və Robert Koçaryan arasında sayca 9-cu (2003-cü ildən) görüş idi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi