“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.01.2014, 17:16
4097

Azərbaycan Respublikası Avropa Şurasının aşağıdakı sənədlərinin iştirakçısıdır:

- Ekstradisiya haqqında Avropa Konvensiyası və onun iki əlavə protokolu (26.09.2002-ci il tarixindən etibarən iştirakçısıdır);

- Cinayət işlərində qarşılıqlı yardım haqqında Avropa Konvensiyası və ona əlavə protokol (02.10.2003-cü il tarixindən etibarən iştirakçısıdır);

- Terrorçuluğun qarşısının alınması üzrə Avropa Konvensiyası və ona əlavə Protokol (müvafiq olaraq 12.05.2004-cü il tarixindən və 02.12.2008-ci il tarixindən etibarən iştirakçısıdır); 

- Fərdi məlumatların avtomatik işlənməsi ilə bağlı şəxslərin qorunmasına dair Konvensiya  (01.09.2010-cu il tarixindən etibarən iştirakçısıdır);

- Məhkum olunmuş şəxslərin verilməsinə dair Konvensiya (01.05.2001-ci ci il tarixindən etibarən iştirakçısıdır)

- İdman tədbirləri, o cümlədən futbol oyunları zamanı zorakılığın və xuliqanlığın qarşısının alınması haqqında Avropa Konvensiyası (01.05.2000-ci il tarixindən etibarən iştirakçısıdır);

- Avropa Mədəniyyət Konvensiyası (25.04.1997-ci il tarixindən etibarən iştirakçısıdır); 

- Avropanın memarlıq irsinin qorunmasına dair Konvensiya (01.06.2010-cu il tarixindən etibarən iştirakçısıdır);

- Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası (01.08.2002-ci il tarixindən etibarən iştirakçısıdır)

- İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında Avropa Konversiyasının və onun 1 və 2 saylı Protokolları (01.08.2002-ci  il tarixindən etibarən iştirakçısıdır);

- Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında Konvensiya (01.10.2004-cü il tarixindən etibarən iştirakçısıdır);

- Dopinqə qarşı Konvensiya və ona əlavə protokol (müvafiq olaraq 01.01.2004-cü il tarixindən və 01.06.2004-cü  il tarixindən etibarən iştirakçısıdır); 

- Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında Konvensiya (01.11.2003-cü il  tarixindən etibarən iştirakçısıdır); 

- Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyası (dəyişdirilmiş)  (29.09.2000-ci il tarixindən etibarən iştirakçısıdır);

- Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası (01.10.2000-ci il tarixindən etibarən iştirakçısıdır);

- Avropa Sosial Xartiyası (dəyişdirilmiş) (01.11.2004-cü il tarixindən etibarən iştirakçısıdır);

- Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya və ona əlavə Protokol (müvafiq olaraq 01.06.2004-cü il tarixindən və 01.08.2013-cü il tarixindən etibarən iştirakçısıdır);

- Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında Konvensiya  (01.06.2004-cü il tarixindən etibarən iştirakçısıdır);

- Avropa Landşaft Konvensiyası (01.12.2011-ci il tarixindən etibarən iştirakçısıdır); 

- Kibercinayətkarlıq üzrə Konvensiya  (01.07.2010-cu il tarixindən etibarən iştirakçısıdır);

- İnsan alverinə qarşı Avropa Şurasının konvensiyası (01.10.2010-cu il tarixindən etibarən iştirakçısıdır) və s.

 

Xəbərlər
Redaktorun seçimi