“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.01.2022, 15:00
1817

Vətəndaş cəmiyyəti sahəsində Türkiyənin təcrübəsi öyrənilir

A- A+

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin Türkiyəyə səfəri başlayıb. Heyətə Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, agentliyin icraçı direktoru Aygün Əliyeva və departament müdiri Elnur Bağırlı daxildir.

Yanvarın 25-də Ankarada ilk olaraq Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla görüş keçirilib.

Sonra nümayəndə heyəti Türkiyə Cümhuriyyəti Vəqflər Baş İdarəsinin rəisi Burhan Ersoyla görüşüb. Qonaqları salamlayan Burhan Ersoy Türkiyədə vəqflərin  fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycanda fəaliyyət göstərən analoji qurumların Türkiyədə fəaliyyət göstərən vəqflərlə əlaqələrinin qurulması hər iki ölkənin milli maraqlarına xidmət edəcək və müsbət töhfə verəcək.

Vüsal Quliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyi haqqında məlumat verərək, Türkiyə QHT-ləri və vəqfləri ilə əlaqələrin daha da inkişaf etdirilməsi zərurətini vurğulayıb.

Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirib ki, bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutları ilə iş sahəsində də qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi çox vacibdir.

Dörd gün davam edəcək səfər çərçivəsində digər aidiyyəti qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.

Xəbərlər
Redaktorun seçimi