“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.06.2014, 19:49
3176

Koalisiya kabinetləri

I hökumət kabineti: 28.05.1918 – 17.06.1918.

1. Nazirlər Şurasının sədri və Daxili İşlər naziri – F.Xoyski (bitərəf).

2. Hərbi nazir – X. Sultanov (Müsavat).

3. Xarici İşlər naziri – M.H. Hacınski (Müsavat).

4. Malliyyə və Xalq Maarifi naziri - N.Yusifbəyli (Müsavat).

5. Ədliyyə naziri – X. Xasməmmədov (Müsavat).

6. Ticarət və Sənaye naziri – M.Y. Cəfərov (bitərəf, sonra – Müsavat).

7. Əkinçilik və Əmək naziri – Ə. Şeyxülislamzadə (Hümmət).

8. Yollar, Poçt və Teleqraf naziri – X. Məlikaslanov (bitərəf).

9. Dövlət müfəttişi – C. Hacınski (sosialist).

 

II hökumət kabineti: 17. 06. 1918 – 07. 12. 1918.

1. Nazirlər Şurasının sədri və Ədliyyə naziri F.Xoyski (bitərəf).

2. Xarici İşlər naziri – M. Hacınski (Müsavat).

3. Xalq Maarifi və Dini Etiqad naziri – N. Yusifbəyli (Müsavat).

4. Daxili İşlər naziri – B. Cavanşir (bitərəf).

5. Əkinçilik naziri – X. Sultanov (Müsavat).

6. Səhiyyə və Sosial – Təminat naziri - X.Rəfibəyli (bitərəf ).

7. Yollar naziri – X. Məlikaslanov (bitərəf).

8. Ticarət və Sənaye naziri – A. Aşurov (bitərəf).

9. Malliyyə naziri – Ə. Əmircanov (bitərəf ).

10. Portfelsiz nazir – Ə. M. Topçubaşov (bitərəf).

11. Portfelsiz nazir – M. Rəfiyev (Müsavat ).

12. Portfelsiz nazir – X. Xasməmmədov (Müsavat).

6.10.1918 tarixli kabinədaxili dəyişikliklərdən sonra:

1. Nazirlər Şurasının sədri – F. Xoyski (bitərəf).

2. Ticarət, Sənaye və Daxili İşlər naziri –B.Cavanşir (bitərəf).

3. Xarici İşlər naziri – Ə. M. Topçubaşov (bitərəf).

4. Malliyyə naziri – M. H. Hacınski (Müsavat).

5. Xalq Maarifi naziri – H. Yusifbəyli (Müsavat ).

6. Yollar naziri – X. Xasməmmədov (bitərəf).

7. Əkinçilik naziri – X. Sultanov (Müsavat).

8. Xalq Səhiyyəsi naziri – X. Rəfibəyli (bitərəf).

9. Poçt - Teleqraf naziri – A. Aşurov (bitərəf).

10. Sosial- Təminat və Dini Etiqad naziri – M.Rəfiyev (Müsavat).

11. Hərbi İşlər üzrə müvəkkil – İ. Ziyatxan (bitərəf).

12. Dövlət müfəttişi – Ə. Əmircanov (bitərəf).

 

III hökumət kabineti: 26. 12. 1918 - 14. 03. 1919.

1. Nazirlər Şurasının sədri və Xarici işlər naziri – F.Xoyski (bitərəf).

2. Daxili İşlər naziri – X.Xasməmmədov (Müsavat).

3. Malliyyə naziri – İ.Protasov (Slavyan-Rus Cəmiyyəti).

4. Yollar naziri – X. Məlikaslanov (bitərəf).

5. Ədliyyə nazırı – T.Makinski (?) .

6. Maarif və Dini Etiqad nazırı – N.Yusifbəyli (Müsavat ).

7. Poçt-Teleqraf və Əmək naziri – A.Səfikürdski (sosialist).

8. Hərbi nazir – S.Mehmandarov (bitərəf).

9. Sosial - Təminat naziri – R.Xoyski (bitərəf).

10. Xalq Səhiyyəsi naziri – Y.Gindes ( Slavyan-Rus Cəmiyyəti ).

11. Ticarət və Sənaye naziri – M.Əsədullayev (bitərəf).

12. Dövlət müfəttişi – M.H.Hacinski (16.01. 1919 ).

13. Ərzaq naziri – K.Lizqar (Slavyan-Rus Cəmiyyəti).

14. Əkiçilik naziri – X.Sultanov (Müsavat).

 

IV hökumət kabineti: 14. 03. 1919 – 22. 12. 1919.

1. Nazirlər Şurasının sədri və Daxili İşlər naziri – N.Yusifbəyli (bitərəf).

2. Malliyyə naziri – Ə.Həsənov (bitərəf).

3. Ticarət və Sənaye naziri – A. Əminov (bitərəf).

4. Xarici İşlər naziri – M.Y.Cəfərov (Müsavat).

5. Yollar naziri – X.Məlikaslanov (bitərəf ).

6. Poçt - Teleqraf naziri – C.Hacınski (sosialist).

7. Hərbi nazir – S.Mehmandarov (bitərəf).

8. Sosial-Təminat naziri – V.Klenevski (Slavyan-Rus Cəmiyyəti).

9. Səhiyyə naziri – A.Dastakov (?) .

10. Maarif və Dini Etiqad naziri – R.Kaplanov (Əhrar).

11. Əkinçilik naziri – A.Qardaşov (Əhrar) .

12. Portfelsiz nazir – X.Amaspür (Daşnaksütun).

13. Dövlət müfəttişi – N.Nərimanbəyli (Müsavat).

14. Ədliyyə və Əmək naziri –A. Səfikürdski (sosialist ).

15. Sonralar Daxili İşlər naziri – X.Xasməmmədov (Müsavat).

 

V hökumət kabineti: 24. 12. 1919 – 01. 04. 1920.

1. Nazirlər Şurasının sədri – N.Yusifbəyli (Müsavat ).

2. Xarici İşlər naziri – F.Xoyski ( bitərəf ).

3. Hərbi nazir – S.Mehmandarov ( bitərəf ).

4. Daxili İşlər naziri – M.H.Hacınski 18. 09. 02. 1920- dən sonra M. Vəkilov (birincisi əvvəl Müsavat, sonra kommunist, M. Vəkilov - Müsavat).

5. Ədliyyə naziri – X.Xasməmmədov (Müsavat).

6. Maliyyə naziri – R.Kaplanov (Əhrar).

7. Maarif və Dini Etiqad naziri – H. Şahtaxtinski (05.03.1920-dən sonra N.Şahsurarov, hər ikisi - İittihad).

8. Əmək və Əməkçilik naziri – Ə.C.Pepinov (sosialist).

9. Yollar naziri, eyni zamanda ticarət, sənaye və ərzaq üzrə müvəqqəti nazir – X. Məlikaslanov (18.02.1920-dən sonra ticarət, sənaye və ərzaq naziri – M.H.Hacınski ).

10. Poçt -Teleqraf naziri – C.Hacınski (sosialist).

11. İctimai Təminat və Səhiyyə naziri – M.Rəfiyev (Müsavat).

12. Dövlət müfəttişi – H.Məmmədbəyov (İttihad).

 

Xəbərlər
Redaktorun seçimi