“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.06.2014, 19:41
3478

1917-1920

27 fevral 1917-ci il - Rusiyada fevral burjua-demokratik inqilabının baş verməsi.

mart 1917-ci il - Rusiyada Müvəqqəti hökumətin təşkili.

mart 1917-ci il - Zaqafqaziyanın idarəsi üzrə Xüsusi Komitənin (Ozakom) yaradılması.

mart 1917-ci il - Bakıda Müvəqqəti hökumətin idarəçilik orqanı kimi İctimai Təşkilatların İcraiyyə Komitəsinin yaranması.

mart 1917-ci il - Bakıda Fəhlə və Əsgər Deputatları Sovetinin yaradılması.

15-20 aprel 1917-ci il - Qafqaz Müsəlmanlannın Bakı qurultayı.

1-11 may 1917-ci il - Ümumrusiya müsəlmanlarının Moskva qurultayı.

25 oktyabr 1917-ci il - Petroqradda bolşeviklərin hakimiyyətı zəbt etməsi.

oktyabr 1917-ci il - Türk ədəmi-mərkəziyyət partiyası ilə “Müsavat”ın birləşməsi.

noyabr 1917-ci il - Tiflisdə Zaqafqaziya Komissarlığının yaranması.

5 dekabr 1917-ci il - Zaqafqaziya Komissarlığı ilə Osmanlı dövləti arasında Ərzincan banşığının imzalanması.

19 dekabr 1917-ci il - Milli qoşun hissələrinin yaradılması haqqında Zaqafqaziya Komissarlığının qərarı.

dekabr 1917-ci il - S.Şaumyanın Rusiya Xalq Komissarları tərəfindən Qafqaza fövqeladə komissar təyin olunması.

yanvar 1918-ci il - Şamxorda rus əsgərlərinin tərksilah edilməsi haqqında Zaqafqaziya Komissarlığının qərarı.

23 fevral 1918-ci il - Zaqafqaziya Seyminin açılışı. Gegeçkorinin başçılığı ilə Zaqafqaziya hökumətinin təşkili.

3 mart 1918-ci il - Rusiya ilə Almaniya arasında Brest-Litovsk sülh müqaviləsinin imzalanması.

mart 1918-ci il - Osmanlı dövləti ilə Zaqafqaziya Komissarlığı arasında Trabzon danışıqları.

29 mart – 2 aprel 1918-ci il - Bakıda daşnak-bolşevik qüvvələri tərəfındən 12 mindən çox dinc əhalinin qırılması.

aprel 1918-ci il - Zaqafqaziya Komissarlığının Osmanlı dövlətinə müharibə elan etməsi.

22 aprel 1918-ci il – Zaqafqaziya Federativ Demokratik Respublikasının elan olunması.

25 aprel 1918-ci il - Bakı Xalq Komissarlan Sovetinin yaradılması.

1918, 26 aprel – Zaqafqaziya Seymi tərəfindən Çxengelinin başçılığı ilə yeni Zaqafqaziya hökumətinin təsdiqi

1918, 30 aprel – Bakı şəhər dumasının İnqilabi Müdafiə Komitəsi tərəfindən ləğvi

1918, 1 may – Qubanın Bakı Soveti qoşunları tərəfindən tutulması

1918, 11may – Zaqafqaziya Federasiyası ilə Osmanlı arasında Batum sülh konfransının başlanması.

26 may 1918-ci il - Zaqafqaziya Seyminin dağılması.

26 may 1918-ci il - Gürcüstanın öz dövlət müstəqilliyini elan etməsi.

27 may 1918-ci il - Tiflisdə Azərbaycan Milli Şurasının yaradılması.

* * *

1918, 28 may – Azərbaycanın istiqlaliyyəti haqqında Aktın (Əqdnamə) qəbul edilməsi. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi.

1918, 28 may – 17 iyun - F. Xoyskinin başçılığı altında I hökumət kabinetinin fəaliyyət dövrü.

1918, 4 iyun – Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsinin imzalanması.

1918, 5 iyun – Türk ordusunun Yelizavetpola daxil olması.

1918, 16 iyun – Azərbaycan Cümhuriyyəti Milli Şurasının və hökumətinin Tiflisdən Gəncəyə köçməsi.

1918, 17 iyun – Milli Şuraının buraxılması.

1918, 17 iyun-7 dekabr – F. Xoyskinin başçılığı altında II Hökumət Kabinetinin fəaliyyət dövrü

1918, 23 iyun – Azərbaycanda hərbi vəziyyətin elan edilməsi.

1918, 26 iyun – Müsəlman korpusunun Azərbaycan korpusuna çevrilməsi haqqında Azərbaycan hökumətinin qərar qəbul etməsi. Azərbaycan Milli Ordusunun yaradılması.

1918, 26 iyun – Zaqatala quberniyasının yaradılması.

1918, 27 iyun – Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı Sovet qoşunları üzərindəki qələbəsi.

1918, 27 iyun – Azərbaycan (türk) dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan edilməsi.

1918, 10 iyul – Qafqaz İslam Ordusunun Kürdəmir və Şamaxını azad etməsi.

1918, 11 iyul – Azərbaycan hökumətinin ümumi səfərbərlik haqqında qərar qəbul etməsi.

1918, 25 iyul – Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərarın qəbulu.

1918,30 iyul – Çar Rusiyasının istilası zamanı Yelizavetpol adlandırılmış Gəncə şəhərinin tarixi adının bərpa edilməsi.

1918, 31 iyul – Bakı Xalq Komissarları Şurasının süqutu.

1918, 1 avqust – Sentrokaspi Diktaturası və Fəhlə Əsgər Deputatları Sovetinin Müvəqqəti İcraiyyə Komitəsinin birgə hökumətinin təşkili.

1918, 4 avqust – İlk ingilis qoşun dəstəsinin Bakıya gəlməsi.

1918, 28 avqust – Azərbaycan dilinin tədris edilməsi haqqında Nazirlər Şurasının qərarı.

1918, 4 sentyabr – İngilis qoşunlarının Bakını tərk etməsi.

1918, 15 sentyabr – Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi.

1918, 17 sentyabr – Azərbaycan hökumətinin Bakıda fəaliyyətə başlaması.

1918, 5 oktyabr – Azərbaycan hökumətinin neft sənayesinin dövlətsizləşdirilməsi haqqında qərarı.

1918, 18 oktyabr – Bakı şəhərində “Türk Ocağı” cəmiyyətinin yaranması.

1918, 30 oktyabr – Türkiyə və Antanta ölkələri arasında Mudros müqaviləsinin imzalanması. Müqavilənin şərtlərinə əsasən, türk ordusunun Azərbaycanı və Cənibi Qafqazı tərk etməsi barədə qərarın verilməsi.

1918, 1 noyabr – Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin təsis edilməsi.

1918, 9 noyabr – Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı haqqında qanunun qəbul edilməsi.

1918, 16 noyabr – Azərbaycan Milli Şurasının bərpası; Qori seminariyasının Azərbaycan bölməsinin Qazağa köçürülməsi.

1918, 17 noyabr – General Tomsonun başçılıq etdiyi ingilis qoşunlarının Mudros müqaviləsinə əsasən Azərbaycana daxil olması.

1918, 20 noyabr – Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti haqqında qanunun qəbulu.

1918, 29 noyabr – Xəzər Donanması ticarət gəmilərinin ingilis komandanlığının ixtiyarına keçməsi, “İngilis dəniz nəqliyyatı”nın yaranması.

1918, 7 dekabr – Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı.

1918, 26 dekabr – F. Xoyskinin başçılığı ilə III Hökumət Kabinetinin təşkili; Gürcüstan və Azərbaycan arasında tranzit müqaviləsinin bağlanması.

1918, 28 dekabr – Azərbaycan Cümhuriyyəti hökumətinin tanınması haqqında Bakı general-qubernatoru Tomsonun deklarasiyası.

1919, 15 yanvar – Qarabağ general-qubernatorluğunun yaradılması; Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının təşkili.

1919, 4 fevral – Parlamentin Aqrar Komissiyasının təşkili.

1919, 25 fevral – F.Xoyskinin III Hökumət Kabinetinin istefası

1919, 5 aprel – Hərbi Nazirliyin Bakıya köçürülməsi.

1919, 14 aprel – Azərbaycan Cümhuriyyəti Parlamentinin N.Yusifbəyli başda olmaqla IV Hökumət Kabinetini təsdiq etməsi.

1919, 28 may – Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında ABŞ prezidenti Vilsonla görüşü.

1919, 29 may – Cənubi Qafqaz Respublikalarının Tiflis kohfransının keçirilməsi.

1919, 31 may – Arbitraj orqanının yaradılması haqqında hökumətin qərar qəbul etməsi.

1919, 11 iyun – Hökumətin Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar qəbul etməsi; Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan edilməsi.

1919, 13 iyun – Paris Sülh Konfransında Kolçakın Rusiya ərazisində ali hakimiyyətinin tanınması haqqında sənədin qəbul edilməsi; Azərbaycan, Gürcüstan, Şimali Qafqaz, Belarusiya Ukrayna, Estoniya və Latviya nümayəndələrinin buna etiraz etməsi.

1919, 13 iyun – İngilislərə qarşı Bakıda nümayişlərin keçirilməsi.

1919, 16 iyun – Azərbaycan-Gürcüstan arasında hərbi müdafiə aktının imzalanması

1919, 27 iyun – Ərazi bütövlüyünü birgə qorumaq haqqında Azərbaycan-Gürcüstan müqaviləsini Parlamentin təsdiq etməsi.

1919, 6 avqust – General Tomsonun Xəzər Hərbi Donanmasını Denikinin könüllülər ordusuna vermək barədə sərəncam imzalaması.

1919, 11 avqust – Cümhuriyyət Parlamentinin Azərbaycan vətəndaşlığı haqqında qanunu qəbul etməsi.

1919, 24 avqust – İngilislərin Bakını tərk etməyə başlamaları.

1919, 24 avqust – Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanun qəbul edilməsi.

1919, 1 sentyabr – Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul edilməsi.

1919, 13 sentyabr – Baş nazir N.Yusifbəylinin IV hökumətin kabinetinin sədri vəzifəsindən istefası.

1919, 25 oktyabr – Azərbaycan Dövlət Bankının açılışı.

1919, 15 noyabr - Bakı Universitetində ilk dərslərin başlanması.

1919, 23 noyabr – Tiflisdə Azərbaycan və Ermənistan tərəfləri arasında baş verən bütün münaqişələrə son qoyulması və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması.

1919, 2-11 dekabr – Türk Ədəmi-Mərkəziyyət Müsavat partiyasının II qurultayı.

1919, 22 dekabr – Parlamentin N.Yusifbəylinin başçılığı ilə V hökumət kabiheti tərkibini təsdiq etməsi.

1920, 2 yanvar – Sovet Rusiyasının Denikinə qarşı birgə mübarizə aparmaq təklifi haqqında Azərbaycan Cümhuriyyətinə birinci dəfə nota verməsi.

1920, 11 yanvar – Azərbaycanın müstəqilliyini Paris Sülh Konfransında Antanta Ali Şurasının de-fakto tanıması.

1920, 14 yanvar – F.Xoyskinin Rusiyanın Denikinlə mübarizəsinin onun daxili işi olması haqqında Çiçerinə cavab notası verməsi.

1920, yanvar – Paris Sülh Konfransının Azərbaycan Cümhuriyyətinə kömək göstərilməsi haqqında qərar qəbul etməsi.

1920, 23 yanvar – Q.Çiçerinin Azərbaycan hökumətini Denikinə qarşı mübarizəsindən imtina etməkdə ittiham edən ikinci notasının verilməsi.

fevral 1920-ci il - Bakıda Azərbaycan Kommunist (bolşeviklər) partiyasınm təsis edilməsi.

1920, 18 fevral – M.Hacınskinin daxili işlər naziri vəzifəsindən istefa verməsi.

1920, 17 mart  - Bakını işğal etmək haqqında V.İ.Leninin Smilqa və Orcenikidzeyə teleqramı.

1920, 20 mart – Azərbaycan-İran müqaviləsinin bağlanması; Bu müqaviləyə əsasən Azərbaycanın İran tərəfindən de-yure tanınması.

1920, 21 mart - Qarabağda və Gəncəbasarda erməni qiyamlannm başlanması.

1920, 23 mart – Əkin və əkinçilik naziri Ə.C.Pepinovun istefa verməsi.

1920, 23 mart – Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsinin imzalanması.

1920, 9 aprel – Poçt və teleqraf naziri sosialist C.Hacınskinin istefa verməsi.

1920, 15 aprel – F.Xoyskinin Q.Çiçerinə Rusiya qoşun hissələrinin Azərbaycan sərhədlərində cəmləşməsi ilə bağlı Azərbaycan dövlətinin narahatlığını ifadə edən notası.

1920, aprelin 26-dan 27-nə keçən gecə - XI rus ordusunun Azərbaycan ərazisinə daxil olub Bakı istiqamətində yürüşə başlaması.

1920, 27 aprel saat 12:00 - - AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosunun hakimiyyəti təhvil vermək haqqında Azərbaycan parlamentinə ultimatumu.

1920, 27 aprel saat 23:45 - Hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı.

28 aprel 1920-ci il - Azərbaycan Sovet Sosialist Respublikasının elan olunması.

 

* Mənbə: Azərbaycan tarixi. Yeddi cilddə. V cild.- B., 2001.

 

Xəbərlər
Redaktorun seçimi