“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.01.2022, 16:00
1803

“Şuşa İli”ndə Azərbaycan və Türkiyə QHT-ləri birgə fəaliyyət göstərəcək

A- A+

Ankarada memorandum imzalanıb 

Ankarada səfərdə olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti Türkiyə Prezidenti Administrasiyası Kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altunla görüşüb. Heyətə QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, agentliyin icraçı direktoru Aygün Əliyeva və departament müdiri Elnur Bağırlı daxildir.

Qonaqları salamlayan Fahrettin Altun iki ölkənin vətəndaş cəmiyyəti qurumlarının ortaq fəaliyyətləri barədə fikirlərini bölüşüb. “Şuşa İli” çərçivəsində Azərbaycan və Türkiyə QHT-lərinin birgə əməkdaşlığının gücləndirilməsinin, ortaq fəaliyyətin vacibliyi qeyd edilib.

Agentliyin Müşahidə Şurasının sədr müavini  Vüsal Quliyev Türkiyənin vətəndaş cəmiyyəti təsisatları ilə çalışan aidiyyəti dövlət qurumları və QHT-lərin əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. O, həmçinin Azərbaycan və Türkiyə QHT Platformasının yaradılması barədə fikirlərini bölüşüb, bu təşəbbüsün iki qardaş ölkənin vətəndaş cəmiyyəti qurumları və onların birgə fəaliyyətləri üçün əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov görüşdə iştirak edib.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

 

Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığına dair memorandum imzalanıb 

Yanvarın 28-də Ankarada Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyi arasında “Birgə fəaliyyət və əməkdaşlıq haqqında” anlaşma memorandumu imzalanıb.

Sənədi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Türkiyə DİN tərəfdən Vətəndaş cəmiyyəti ilə əlaqələr üzrə baş idarənin rəisi Erkan Kılıç imzalayıblars.

Agentlikdən verilən məlumata görə, anlaşma memorandumunun məqsədi Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, sosial əhəmiyyətli müştərək layihələrin və proqramların reallaşdırılmasına zəmin yaratmaqdır.

Xəbərlər
Redaktorun seçimi