“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.10.2013, 09:46
1353

1 oktyabr

1 oktyabr Beynəlxalq Musiqi günüdür. UNESCO tərəfindən 1975-ci ildə təsis olunub...

Azərbaycan

 

1 oktyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, 1 oktyabr Azərbaycan prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

 

1 oktyabr 1932 – Aktyor, mədəniyyət xaddimi Əkbər Fərzəli oğlu Fərzəliyev (1932-1999) Qusar rayonunda anadan olub. 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib. Kinoda yaddaqalan obrazlar yaradıb: “Qızmar günəş altında” (Aydın), “Koroğlu” (Eyvaz).

 

1 oktyabr 1949 – Şair Vaqif Bayatlı (Vaqif İsib oğlu Cəbrayılоv) Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Kitabları: “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır!” və s.

 

1 oktyabr 1960 - Tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov Ağdamın İmamqulubəyli kəndində anadan olub. 1993-cü ildən opera tamaşalarında çıxış edir. Əsas partiyaları: "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal və s. "Qarabağ" muğam üçlüyünün rəhbəridir. “Şöhrət” ordeni ilə təltif olunub.

 

1 oktyabr 1962 – Tanınmış rejissor, Əməkdar incəsənət xadimi Bəhram Məcid oğlu Osmanov Gəncədə doğulub. 1987-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Füzuli, Gəncə, Lənkəran dram teaatrlarında, Musiqili Dram Teatrında, Azərbaycan televiziyasında ("6 saylı palata" (A.Çexov), "Bəyaz gecələr" (F.Dostoyevski) tamaşalara quruluş verib.

 

1 oktyabr 1965 – Böyük qəzəlxan şair Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov, 14 (18).2.1895 - 1965) vəfat edib. Nizami, Xaqani, Füzuli, Nəvai və s. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

 

Dünya

 

1 oktyabr Beynəlxalq Ahıllar günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub. 1991-ci ildən qeyd olunur.

 

1 oktyabr həmçinin Beynəlxalq Musiqi günüdür. UNESCO tərəfindən 1975-ci il oktyabrın 1-də təsis olunub. Dünyada geniş konsert proqramları ilə qeyd edilir.

 

1 oktyabr 1791 - Rus yazıçısı Sergey Aksakov (1791-1859) anadan olub.

 

1 oktyabr 1865 - Fransız bəstəkarı Pol Düka (Paul Dukas, 1895-1935) anadan olub.

 

1 oktyabr 1912 - Görkəmli rus tarixçisi, filosof, şair Lev Nikolayeviç Qumilyov (1912-1992) anadan olub. Qədim türk tarixinə dair əsərlərin müəllifidir: “Böyük çöl”, “Hunlar Asiya və Avropada” və s.

 

1 oktyabr 1927 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Oleq Yefremov (1927-2000) anadan olub.

 

1 oktyabr 1930 - Fransız aktyoru Filipp Nuare (Philippe Noiret, 1930-26.11.2006) anadan olub.

 

1 oktyabr 1935 - Amerika aktrisası və müğənnisi, «Emmi», «Qremi» və «Oskar» mükafatları laureatı Culi Endrüs (Julie Elizabeth Andrews) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi