“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.06.2014, 14:10
1779

1980-1987-ci illər

A- A+

22 noyabr 1982 - Heydər Əliyev SSR-nin ali rəhbərliyinə - Sov.İKP MK Siyasi Bürosuna üzv (1978-ci ildən Siyasi Büro üzvlüyünə namizəd idi) seçilib, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib.

 

21 oktyabr 1987 - Heydər Əliyev Sov.İKPMK-nın baş katibi Mixail Qorbaçovun təzyiqi ilə SSRİ rəhbərliyindən istefa verib. Sov.İKP MK-nın plenumunda Heydər Əliyevin partiyanın ali orqanından - Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən istefası qəbul olunub. Ertəsi gün Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən də istefa verdi və SSRİ Ali Sovetinin Rəyasət Heyəti istefanı qəbul etdi. Bununla bağlı qərarda Heydər Əliyevin "səhhətinə görə pensiyaya çıxması ilə əlaqədar" istefa verdiyi qeyd edilmişdi.

Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər Mixail Qorbaçovun xeyir-duası ilə Qarabağ avantürasına start verdilər.

 

18 noyabr 1987 - SSRİ rəhbəriM.Qorbaçovun müşavirlərindən olan akademik Abel Aqanbekyan Fransanın "Humanite" qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırıb. O, məsələ barədə təklifini SSRİ rəhbərliyinə təqdim etdiyini və "yenidənqurma və demokratiya şəraitində məsələnin müsbət həll olunacağına" ümidvar olduğunu bildirib. Bu bəyanatdan sonra ermənilərin Qarabağ avantürasına start verildi.

 

Xəbərlər
Redaktorun seçimi