“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.06.2014, 16:08
1636

2007-ci il - xronika

A- A+

23 aprel 2007 - Azərbaycan XİN ABŞ Dövlət Departamentinin insan haqları üzrə hesabatında Qarabağa dair bölmənin təftiş edilməsinə etiraz olaraq bəyanat verib. Hesabatın ilkin variantındakı "erməni qüvvələri Dağlıq Qarabağ və Azərbaycanın daha yeddi rayonunu işğal altında saxlayır" ifadəsi sonradan ermənilərin səyi ilə dəyişdirilmişdi. Azərbaycanın etirazından sonra Dövlət Departamenti sənəddə əvvəlki mətni bərpa etdi və ikitərəfli münasibətlər normal məcraya düşdü.

 

9 iyun 2007 - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında Sankt-Peterburqda keçirilən danışıqlarda irəliləyiş əldə olunmayıb. Bu, prezidentlər İlham Əliyev və Robert Koçaryan arasında sayca 9-cu (2003-cü ildən) görüş idi.

 

19 iyul 2007 - Ermənistanın Dağlıq Qarabağda qurduğu marionet rejimdə növbəti siyasi göstəri - "prezident seçkisi" keçirilib. Qarabağ separatçılarının lideri vəzifəsində Akradi Qukasyanı Bako Saakyan əvəz edib. Azərbaycan bu seçkini qeyri-qanuni elan edib. Beynəlxalq təşkilatlar da separatçıların "seçkisi"ni tanımadıqlarını bəyan ediblər.

 

Xəbərlər
Redaktorun seçimi