“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.06.2014, 17:11
1223

2011-ci il - xronika

A- A+

5 mart 2011 - Soçidə “Grand Polyana” mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Prezidenti Serj Sarkisyanın birgə görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib. Görüşün yekunlarına dair birgə bəyanat qəbul edilib.

Sənəddə qeyd edilirdi ki, liderlər 2010-cu il oktyabrın 27-də Həştərxanda keçirilmiş görüş zamanı qəbul edilmiş üçtərəfli bəyanatın praktiki reallaşdırılması məsələlərini müzakirə etmiş və həmin bəyanatda nəzərdə tutulan tədbirlərə əlavə olaraq növbəti addımlar barədə, o cümlədən “hərbi əsirlərin dəyişdirilməsini ən qısa müddətdə başa çatdırmaq” barədə razılığa gəlmişlər. Bundan əlavə, sənəddə “bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti boyunca yarana biləcək insidentləri ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə təhqiq etmək” istəyi vurğulanırdı.

 

Xəbərlər
Redaktorun seçimi