“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 17:30
1629

Kərbəlayı Səfi Valeh (XVIII əsrin sonu - XIX əvvəli)

A- A+

Kərbəlayı Səfi Valeh Qarabağda dövrünün tanınan şairlərindən biri olub. Görkəmli ədəbiyyatşünas alim Firudin bəy Köçərlinin verdiyi məlumata görə, Kərbəlayı Səfi Valeh təxminən XVIII əsrin sonu XIX əsrin birinci yarısında yaşayıb-yaratmışdır.

* * *

Kәrbәlayi Sәfi "Valeh" tәxәllüs

 

Necә ki, fövqdә zikr olundu, Kәrbәlayı Sәfi "Valeh" Canıoğlu Kәrbәlayı Abdullanın vә Baba bәyin müasiri imiş. O zamanın ürәfasından sayılan әhli-zövq vә sahibi-tәb bir vücud imiş. Mәhәlli-tәvәllüdü Gülablı qәryәsidir ki, ata-babasının әsl vәtәnidir.

Gülablı kәndi Şuşa uyezdindә dağ әtәyindә basәfa vә xoş mәnzәrәli bir yerdә tәmir olunubdur. Әhalisi sәlamәt, әhli-keyfü damağ olub, günlәrini eyşü-işrәtdә keçirmәyә mötad olmuşlar. Qarabağın aşıqları, neyçi vә balabançıları, xanәndә vә nәvazәndәlәri әksәriyyәn Gülablıdan çıxıb, onun abü hәvası ilә pәrvәriş tapmışlar.

Bu yerin ünas әhlinә gәldikdә, onlar dәxi xeyli gözәl, ismәtli vә cismәn sәlamәt arvadlar olub, dayәlik peşәsi ilә iştihar bulmuşlar. Belә ki, Şuşa qalasının nücәbavü xanzadәvü şahzadәlәrinin çoxu Gülablı arvadlarının döşündәn süd әmib, onların ağuşunda nәşvü nüma tapmışlar. Kim bilir, bәlkә onların südlәrinin tәsirindәn Pәnah xanın yapdığı Şuşa qalasında--ki, sabiqdә qaraquşlar mәskәni imiş,--bu qәdәr şüәra vә zürәfa, bu qәdәr xoşәlhan xanәndә vә bimisal sazәndәlәr hasilә gәlmişdir?!

Heyfa ki, belә gözәl bağlı-meyvәli vә xoşsәfa kәnd 1905-ci sәnәdә vüqua gәlәn ermәni-müsәlman davasında talanü viran olmuşdu.

Әhalisindәn bir çoxu, xüsusәn arvad-uşaq tәlәf olub, sağ vә salamat qalanı yuvaları dağılmış quşlar kimi әtrafü әknafa qaçıb pәnah aparmışlar. İndi Gülablı kәndi yavaş-yavaş tәmir olunub, yenә sabiqi halına düşmәkdәdir.

Hәmin bu Gülablı qәryәsindә hicrәtin XII әsrinin axırlarında--yәni 1180-cı vә yainki 1190-cı illәrdә Valeh tәvәllüd etmişdir. 60-70 ilәcәn ömür etmişdir. Belә ki, 1250-ci tarixdә hali-hәyatda imiş. Oxuyub-yazmağı Şuşa qalasında kәsb etmişdir. Ülumi-maarifә vә xüsusәn, şer demәyә artıq dәrәcәdә meylü hәvәsi var imiş. O cәhәtә vaxtının çoxunu ürәfa mәclisindә vә şüәra dairәsindә keçirәrmiş.

Mәrhum Valeh dindar, mömin vә müttәqi bir şәxs olduğu ilә belә xoşsöhbәt, danışıb-gülәn vә bamәzә bir adam imiş.

Onun ilә Baba bәyin, İbn Canının vә Aşıq Qәnbәrin beynlәrindә zәrafәt olduğu üçün bir-birinә hәzl tәriqi ilә sözlәr deyәrlәrmiş. Belә ki, mәrhum Baba bәy Valehin qocalığını hәcv edib, dişlәrinin tökülüb övraq olmağını vә ağzı köhnә xәrabәnin uçuq damına bәnzәmәyini vә saçı-saqqalı ağarıb, sümük kimi düm ağ olmağını zәrifanә zikr edib deyir ki, sәnin başından şurü hәvәs gedibdir. İndi sәnin meylin axirәt dünyası ilәdir. Ona görә Xulxunsayını çağır gәlsin, alәmi-bәqadan vәz elәsin:

Hәr kimsә axtarar tapar tayını,

Sәn dә çağır gәlsnn Xulxunsayını.

Söhbәti-üqba elәsin, guş qıl,

Lәzzәti-dünyanı fәramuş qıl....

 

Kәrbәlayı Sәfi onun cavabında Baba bәyә bir neçә duzlu şeirlәr yazıb.

* * *

Mənbə:

Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı: 2 cilddə. –Bakı: Elm. I cild. - 1978. -599 s.

 

Xəbərlər
Redaktorun seçimi